blue line

 Elmə Əsaslanan İqtisadiyatin Yaradilmasına dair Milli Konfrans Konfransın açılışında
Səfirin çıxışı
6 noyabr, 2006, saat 10:00 Azərbaycan Respublikasi Elmlər Akademiyasinın Rəyasət Heyəti


Xanımlar və Cənablar! Cənab Misir Mərdanov, Cənab Mahmud Kərimov, nazir müavini Jabarov, Prezident Apparati humanitar siyasət şöbəsinin Müdiri Abdullazadə, hörmətli qonaqlar! Sabahınız xeyir!

Mən bu vacib tədbirdə iştirak etdiyimə görə çox şadam.

Bu konfransda, sizin qarşınızda çıxış etməkdən şərəf duyuram. Bu günkü konfransda elmi araşdırmalar, ali təhsil, sənayedə ən yaxşı təcrübələr müzakirə olunacaq.

Azərbaycan qarşısına müasir, bazar iqtisadiyyatlı, demokratik ölkə kimi inkişaf etmək məqsədi qoyub. Bu məqsədə çatmaq üçün, Azərbaycanın potensialı var. Bunun üçün, Azərbaycan özünün “insan kapitalını” inkişaf etdirməlidir. Qeyri-neft sahələrinin inkişafı üçün şərait yaratmalıdır.

Azərbaycanın gələcək uğurları, onun istedadlı və iş-güzar xalqından asılıdır. Prezident Əliyevin də qeyd etdiyi kimi, “maliyyə gəlirləri insan kapitalına çevrilməlidir”. Azərbaycan, gələcək firavanlığı təmin etmək üçün, dünya standartlarına uyğun məktəblər və universitetlər, elm ocaqları yaratmalıdır.

Azərbaycanın dostu və tərəfdaşı kimi, biz də kömək edəcəyik. ABŞ Mülki Tədqiqatlar və İnkişaf Fondu, Amerika hökumətinin maliyyə dəstəyi ilə, Azərbaycanda elm sahəsini inkişaf etdirmək üçün, Azərbaycan Milli Elm Fondu ilə əməkdaşlıq edir. Biz ümid edirik ki, bu əməkdaşlıq daha da artacaqdır.

ABŞ Mülki Tədqiqatlar və İnkişaf Fondu, bir milyon dollar dəyərində ikitərəfli qrant proqramı təklif etmişdir. Bu vəsaitin beş yüz min dollarını Mülki Tədqiqatlar və İnkişaf Fondu verəcəkdir. Qalanı isə Azərbaycan hökuməti tərəfindən ayrılacaqdır. Prezident Əliyev də, buna dəstək verəcəyini bildirib. Ümid edirik ki, bu proqram tezliklə başa çatacaqdır.

Azərbaycan həm də, sərmayə qoyuluşunu, sahibkarlığı inkişaf etdirməlidir. İndi diqqət, Prezident Əliyevin dəfələrlə dediyi kimi, qeyri-enerji sektorunun inkişafına yönəlməlidir.

Azərbaycanda milli elm, təhsil və elmi araşdırmalar siyasəti mühüm rol oynayacaq. Bu, informasiya texnologiyası, tele-kommunikasiya və digər elm sahələrində Azərbaycana regional mərkəz olmaq potensialı verəcək.

Bu işdə ABŞ kömək edə bilər. Əgər, Azərbaycanda, sərmayə mühiti düzgün inkişaf edərsə, o halda, Amerika biznesi Azərbaycana cəlb ediləcəkdir. Amerika biznesi isə özü ilə, sərmayələr, yeni texnologiyalar və bacarıqlar gətirə bilər.

Azərbaycanı parlaq və gözəl gələcək gözləyir. Bu gələcək, elmdə və innovasiya sahələrində regional lider olmaq deməkdir.

Bu gələcək, iqtisadiyyatın bütün sahələrində təhsilli və bacarıqlı işçi qüvvəsi deməkdir. Bu münasibətlə, mən, bu mühüm konfransı təşkil etdiklərinə görə, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Milli Elm Fondu, və ABŞ Mülki Tədqiqatlar və İnkişaf Fonduna təşəkkürümü bildirmək istərdim.

Azərbaycanın gözəl və firavan gələcəyi üçün, qarşıda duran məsələlərin həllində, ABŞ, Azərbaycanı dəstəkləməkdə davam edəcəkdir. Diqqətinizə görə, çox sağ olun.

 
  << back to speeches