|
ABŞ Səfiri Ənn Dersinin Dövlət Gömrük
Komitəsində etdiyi çıxışı Sabahınız xeyir. C-b Əliyev, Xanımlar və Cənablar. Gömrük xidmətləri, iyirmi birinci əsrdə, həlledici rol oynayır. Gömrük xidmətləri, iqtisadi inkişaf naminə, legitim ticarətin sərhədlərdən keçməsini asanlaşdırır. Milli maraqlar naminə, onlar saxtakarlıq, korrupsiya və qaçaq malçılıqla mübarizə aparırlar. Bu o deməkdir ki, Azərbaycan xalqının maraqlarını qorumaq üçün, sizin əlinizdə böyük səlahiyyət və cavabdehlik var. Ondan necə istifadə etməniz, Azərbaycanın müasir, bazar iqtisadiyyatı yönlü, demokratik ölkə kimi inkişafı üçün vacibdir. Gömrük qaydaları mövcud olsa da, onları qanunsuz olaraq pozanlar həmişə tapılır. Gömrük rüsumlarından toplanan pul, bəzi insanları korrupsiyaya təhrik edir. Ölkənin mənafeyi üçün, bütün cinayət əməllərinin qarşısını almaq, və ən yüksək standartlara əməl etməkdə, gömrük işçiləri böyük məsuliyyət daşıyırlar. Azərbaycan Dövlət Gömrük Komitəsi, qısa müddət ərzində gözəl inkişaf yolu keçib. Ümumdünya Ticarət Təşkilatı, və Ümumdünya Gömrük Təşkilatının standartlarına cavab vermək öhdəliyiniz, dünya səviyyəli təlim mərkəzləri, yeni giriş postlarının inşası, və yeni Gömrük məcəlləsi – Sizin beynəlxalq standartlara çatmaq, və hətta onları qabaqlamaq niyyətinizi göstərir. Bu gün, cənab Əliyevlə birlikdə, ABŞ və Azərbaycan gömrük işçiləri arasında, iki həftəlik məhsuldar mübadilənin başa çatmasını qeyd etmək mənim üçün şərəfdir. Onların əsas müzakirələri- transmilli cinayətlər, və kütləvi qırğın silahlarının, beynəlxalq sərhədlərdən daşınmasına nəzarəti yaxşılaşdırmaq idi. Həmçinin, ABŞ vətəndaşları adından,
Azərbaycana qaçaq malçılıqla mübarizədə
yardım etmək mənim üçün şərəfdir.
Bu da, təhlükəsizlik sahəsində, bizim ikitərəfli münasibətlərimizin bir nümunəsidir. Mənim cənab Əliyevlə müzakirə etdiyim kimi, yanvar ayında ABŞ Gömrük Orqanının yüksək rütbəli nümayəndəsi Azərbaycana səfər edəcək. Səfərin məqsədi – yeni yardım və təlim proqramlarını aşkar etməkdir. Ümid edirik ki, bu görüş, əməkdaşlığımızı daha da dərinləşdirəcək. Ümid edirik ki, yaxın gələcəkdə, ABŞ-la Azərbaycan gömrük orqanları arasında, qarşılıqlı yardım haqqında beynəlxalq müqavilə imzalanacaq. Bu isə, terrorizm, qaçaq malçılıq, qanunsuz ticarət kimi beynəlxalq təhlükələr, o cümlədən korrupsiya ilə mübarizədə əməkdaşlığımızı daha da inkişaf etdirəcədir. ABŞ, Azərbaycanın müasir, bazar iqtisadiyyatı yönümlü, demokratik ölkə kimi inkişaf etmək məqsədini dəstəkləyir. Bu məqsəd, Azərbaycan vətəndaşları üçün parlaq və firavan gələcək təmin etməyə yönəlib. Diqqətinizə görə çox sağ olun. |
||
| << back to speeches | ||