|
ABŞ Səfiri Ənn Dersinin "Ali Təhsildə Korrupsiyaya
Qarşi Mubarizə" mövzusunda təşkil olunmuş
konfransda etdiyi çıxışı Bu gün, xoşagəlməz, lakin vacib bir mövzuda, – korrupsiya haqda danışmaq imkanı əldə etməkdən məmnunam. Korrupsiya, səbəbindən asılı olmayaraq, heç bir formada qəbul edilə bilməz. Demokratik cəmiyyətdə, hökumət rəsmiləri və dövlət qurumları, xalq tərəfindən verilən xüsusi cavabdehlik daşıyırlar. Onlar, xalqın etimadının təminatçılarıdır. Onlar, xalqın sərvətini qoruyanlardır. Onlar, ölkənin təhlükəsizliyi, sabitliyi, iqtisadi inkişafı, və rifahı üçün məsuliyyət daşıyırlar. Demokratik dövlətdə, hökumətlər və ictimai qurumlar, korrupsiya ilə mübarizənin önündə gedirlər. Onlar korrupsiya ilə hər sahədə mübarizə aparmalıdırlar. Bu mübarizə, onların öz vətəndaşları adından həyata keçirdikləri xidmətin bir şərti kimi, hər gün olmalıdır. Xalq adından məsuliyyət daşıyan hər bir şəxs, hər dəfə, hər hansı formada rüşvət alarkən, xalqının nüfuzunu, qürurunu və gələcəyini öz şəxsi mənfəətinə satmış olur. Həmin şəxs, xalqın etimadına xəyanət etmiş olur. Demokratik cəmiyyətdə, bundan böyük uğursuzluq ola bilməz. Gəlin açıq danışaq: pul və canlı insan olan yerdə, korrupsiya mümkündür. Dövlət qulluqçuları az məvacib aldıqda, və ailələrini dolandıra bilmədikdə, bu yola sirniklənirlər. Odur ki, cavabdeh hökumətlər, dövlət qulluqçularına, onların xalqın rifahı üçün gördükləri işə müvafiq məvacib verməlidirlər. Beləliklə, yəqin etməlidirlər ki, həmin insanlar başqa yollara getməsinlər. Hətta hökumətdə çalışan insanlar, kifayət qədər məvacib alsalar da, insan təbiətinin zəifliyi, onları, xalqın inamını risqə qoymağa sövq edə bilər. Cavabdeh demokratik hökumətlər çalışmalıdırlar ki, belə halların qarşısını almaq üçün, güclü, hüquqi çərçivə olsun. Bu nə deməkdir? Hökumətlər, xalqın adından kəskin qanunlar, qaydalar və mənəvi standartlar qəbul etməlidirlər. Hökumət rəsmiləri və dövlət qulluqçuları isə, bu qaydalara əməl etməlidirlər. Əgər onlar, bu qanunları, qaydaları və standartları pozsalar, mühakimə olunmalı, və cəzalanmalıdırlar. Çarəsi asandır. Amma icra etmək yox. Korrupsiya ilə gündəlik mübarizə aparmaq üçün, hökumət, dövlət qurumları və xalq tərəfindən ümum-milli öhdəlik olmalıdır. İstərdim ki, sizi, Amerika qəzetlərini oxumağa və ya Amerikanın televiziya kanallarına baxmağa dəvət edim. ABŞ- dünyanın ən zəngin, inkişaf etmiş demokratik ölkələrindən biridir. Amma Amerikada hələ də korrupsiya halları haqda eşidirik. Bu heç də, ABŞ-ın və ya demokratiyanın iflası demək deyil. Bu, bütün canlı insanlara xas olan zəiflikdir. Bu mənfi cəhətin qarşısını almaq üçün, xalqın qətiyyəti və güclü hüquqi baza olmalıdır. ABŞ-ın vətəndaşı kimi, əminəm ki, Amerikada dövlət, və ya özəl sahədə korrupsiya halları baş verdikdə, qanunun aliliyi həmişə üstün gəlir. Xalqın etimadına xəyanət edənlər, ədalət məhkəməsi qarşısında dayanırlar. Gələcək nəsillərin təhsili də, hər bir dövlətin ən mühüm xidmətlərindən biridir. Təhsildə korrupsiya, yalnız insanların etimadının qırılması demək deyil. Təhsildə korrupsiya, ölkənin gələcəyi üçün dövlət sərmayəsinə zərbədir. Azərbaycan hökuməti, korrupsiya ilə mübarizə aparacağını dünyaya bəyan edib. Azərbaycan, Birləşmiş Millətlər Təşkilatının Korrupsiya ilə Mübarizə Konvensiyasına qoşulub. Korrupsiya ilə Mübarizə haqqında Dövlət proqramı hazırlanıb. Bunlar onu göstərir ki, Azərbaycan, korrupsiya ilə mübarizənin, milli məqsəd olduğunu dərk edir. Və Azərbaycan, korrupsiya hallarını aşkar etmək, və qarşısını almaq üçün, güclü hüquqı baza yaratmağa və icra etməyə hazırdır. Belə hüquqi bazanın yaradılması üçün, Azərbaycan bir neçə vacib addım atıb. Hələ iki min dördüncü ildə, Korrupsiya ilə Mübarizə haqqında Qanun qəbul edilib. Beynəlxalq öhdəliklər kimi, Azərbaycan, daha çox vacib addımlar atmağa hazırdır. Bura, Vəzifəli Şəxslərin Fəaliyyətində Maraqların Toqquşması Haqda Qanun, və Dövlət Qulluqçularının Etik Davranış Kodeksinin qəbulu aiddir. Bu qanun layihələrinin tezliklə Parlamentə təqdim ediləcəyi gözlənilir. İki min altıncı il, iyun ayında, Korrupsiya Əleyhinə Dövlətlər Qrupunun Hesabatında qeyd edildiyi kimi, indi Azərbaycan mövcud qanunun icrası üçün, daha ciddi addımlar atmalıdır. Misal üçün, “Korrupsiya ilə Mübarizə” qanununa görə, Dövlət rəsmilərinin gəlirləri bəyan edilməlidir. Hər bir yeni demokratiya, korrupsiya ilə mübarizədə hüquqi və social baza yaradarkən, çətinliklərlə üzləşir. ABŞ, Azərbaycanın dostu kimi, Azərbaycan hökuməti
və xalqı ilə işləməyə hazırdır.
Məqsəd korrupsiyanın aradan qaldırılmasına
nail olmaq və, Azərbaycan xalqı üçün parlaq
və möhkəm gələcəyə yol açmaqdır.
|
||
| << back to speeches | ||