|
ABŞ Səfiri Ənn Dersinin Xaçmaz Rayonunun Mərkəzi Kitabxanasındaki birinci Amerika Guşəsinin açılışında etdiyi çıxışı Cənab nazir Qarayev, Dövlət katibinin müavini xanım Qraffi və hörmətli qonaqlar! Bu gün burada olmağıma çox şadam. Bu gün cənab nazir Qarayev və mən Xaçmaz da daxil olmaqla Azərbaycanın beş bölgəsində yeni proqram açacağıq. Biz bugün rəsmi olaraq beş “Amerika Guşəsi” yaratmaq haqqında razılaşırıq. Bu guşələr iki ölkəni birləşdirən körpü olacaq. Hər bir Amerika Guşəsi Birləşmiş Ştatlar haqqında əlavə kitablar və materiallar alacaq. Həmçinin hər bir Guşə Azərbaycanlılara Amerika haqqında daha çox məlumat vermək üçün bizim səfirliklə birgə tədbirlər, dərslər və başqa proqramlar hazırlayacaq. Biz tezliklə Gəncə, Lənkəran, Səlyan və Kürdəmirdə də daha dörd Amerika Guşəsi açacağıq. Bu gözəl tədbirdə həmçinin Vaşinqtondan Dövlət Katibinin Avropa və Avrasiya Məsələləri üzrə Müavini xanım Kolin Qraffi iştirak edir. Bu, məni xüsusilə sevindirir. Kolin, bugün burada bizimlə olduğunuz üçün çox sağ olun. Mən həmçinin Mədəniyyət və Turizm Nazirliyinə, xüsusilə cənab Nazir Qarayevə, Nazirin Müavini xanım Məmmədəliyevaya və Kitabxana Şöbəsinin rəhbəri xanım Məmmədovaya davamlı dəstəkləri və tərəfdaşlıqları üçün çox təşəkkür etmək istərdim. İcazə verin həmçinin Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı cənab Xanbabayevə, Mədəniyyət şöbəsinin rəhbəri cənab Ağayevə və Xaçmaz kitabxanasının direktoru cənab Əlifxanova təşəkkür edim. Amerika Guşələri ilk dəfə 2000-ci ildə açılıb. Bu guşələri indi dünyanın təxminən yüz ölkəsində görmək olar, Malayziyadan Norveçədək, Braziliyadan Cənubi Afrikayadək və indi də artıq Azərbaycanda. Mən buna görə xüsusilə şadam. Bu Guşələr Birləşmiş Ştatlar haqqında daha çox öyrənmək istəyənlər üçün Amerikaya açılan bir pəncərədir. Həmçinin ümid edirik ki, bu Guşələr gələcəkdə bir körpü rolunu oynayacaq. Gənclər bu guşələrdə İngilis dilini öyrənə və Amerika Birləşmiş Ştatalarında oxumaq haqda məlumat əldə edə bilərlər. Alimlər tədqiqat apara bilər və Amerikan həmkarları ilə professional əməkdaşlıq edə bilərlər. Xalqlar arasında ünsiyyət diplomatiyanın ən önəmli hissəsidir. Bu Guşələr yerli əhaliyə müxtəlif resurslarla xidmət edərək ölkələrimiz arasındakı qarşılıqlı anlaşmanı daha da artıracaq. Burada giriş pulsuz və cəmiyyətin bütün üzvlərinə açıqdır. Bugünkü tədbir Səfirlik, Mədəniyyət Nazirliyi və ölkədəki regional kitabxanalarla sıx əməkdaşlığın nəticəsidir. Səfirlik təhsil və icma mərkəzləri kimi 20 regional kitabxana açmışdır. Biz kitabxanaçılar üçün seminarlar keçirmiş və kitabxanalara müxtəlif materiallar vermişik.
İndi bu əməkdaşlıq yeni bir mərhələyə qədəm qoyur. Hər bir Amerika Guşəsinə Birləşmiş Ştatlar, İngilis dili, iqtisadiyyat, siyasət, hüquq və demokratik cəmiyyətlər haqqında kitablar və jurnallar veriləcəkdir. Bu Guşələrdə həmçinin bir çox proqramlar həyata keçiriləcək, məsələn mühazirələr, çıxışlar, məlumat və film nümayişləri. Yəqin ki, bir çoxunuz keçən ilin oktyabrında “Hotclub of Cowtown” caz qrupunun çıxışını izləmisiniz. Sizcə gözəl deyilmiydi? Biz ümid edirik ki, bu guşələrə daha çox belə qruplar və qonaqlar gətirəcəyik. Ümid edirik ki, bu Guşə xalqlar arasında ünsiyyət, Amerikalı və Azərbaycanlılar arasında qarşılıqlı anlaşma yaratmağa yardımçı olacaq. |
||
| << back to speeches | ||