blue line

ABŞ səfiri xanım Ənn Dersinin Elmar Hüseynovun qətlinin ikinci ildönümü ilə bağlı çıxışı
Bakı,Azərbaycan, 2 mart, 2007

Elmar Hüseynovun qətlə yetirilməsindən iki il keçdi. Bu cinayətə görə məsuliyyət daşıyanlar həbs olunmadılar, məhkəmə qarşısında dayanmadılar, bu cinayətə görə cəzalandırılmadılar.

ABŞ Dövlət Katibinin Demokratiya və İnsan Hüquqları üzrə Yardımçısı Bərri Louenkronun dekabrda Bakıya səfər edərkən dediyi kimi, «c-b Hüseynov kimi jurnalistlərə qarşı hücumlar demokratiyanın özünə edilən hücumlardır». Demokratiyada mətbuat adamların azadlığının əsas qarantı kimi çıxış edir. Azad cəmiyyətdə adamlar bilmək hüququna malikdirlər. Professional, etik və müstəqil mətbuat bu hüququ təmin edir. Elmar Hüseynov kimi jurnalistlərə hədə-qorxu gələn, döyən və öldürənlər sadəcə olaraq, adamları bu hüquqdan, bu azadlıqdan məhrum etməyə can atırlar.

Elmar Hüseynovun qatilləri bir adamı öldürməyə müvəffəq oldulur. Lakin onlar ideyanı boğmağa nail olmadılar və heç zaman ola bilməyəcəklər. Elmar Hüseynov möhtəşəm azadlıq rəmzi kimi yaşamaqda davam edir və azadlıq sevərləri adamların bilmək hüququ uğrunda mübarizə aparmağa ruhlandırır.

Azərbaycan öz iradəsi ilə özünə demokratik gələcək seçmişdir. Mən Azərbaycan rəhbərliyini - bu böyük məqsəd naminə - səylərini ikiqat artırmağa və ədalətın öz yerini tutmasını təmin etməyə çağırıram. Elmar Hüseynovu öldürənləri tutun və mühakimə edin. Ona və azadlığa inanan hər bir kəsə hörmət edin - qanunun aliliyi, mətbuat azadlığı və demokratiyaya dair Azərbaycanın öz üzərinə götürdüyü öhdəçiliklərə əməl etməklə.

Mən Amerika xalqı və Amerika Birləşmiş Ştatları hökuməti adından c-b Hüseynovun ailəsinə, dostlarına və həmkaralarına başsağlığı verir və dərin kədərimi bildirirəm. O, Azərbaycanda demokratiyanın qorxmaz müdafiəçisi idi. Gəlin Elmar Hüseynovun xatirəsini, uğrunda həlak olduğu prinsipləri müdafiə etmək üçün birgə işləməklə yad edək. Ruhu şad olsun.


 
  << back to speeches