|
Səfir Ənn Dersinin Gəncədə
yerləşən Milli Demokratik İnstitunun İnformasiya
Mərkəzinin açılış mərasimində
etdiyi çıxış. Xos gəlmisiniz. Min yeddi yüz yetmiş altıncı il, iyulun dördündə Müstəqillik Bəyannaməsi imzalandı. İki yüz otuz il bundan əvvəl, İyulun Səkkizində isə - yəni, bu gün - bu məhşur sənədi vətəndaşlara oxumaq üçün Filadelfiyada Azadlıq Zəngi çalındı. O vaxtdan bəri, “bütün insanlar bərabər yaradılıb” və ”azad olmaq hüququ toxunulmazdır” məhşur sözləri yaddaşlara həkk olunaraq, bütün dünyada, nəsillərin qəlbinə əks-səda salır. Mən sizin gözəl və füsünkar ölkənizə Amerika Birləşmiş Ştatlarının Səfiri təyin olmaqdan şərəf duyuram və hədsiz şadam. Sevincimi sözlə ifadə etmək üçün, söz tapmaqda çətinlik çəkirəm. Azərbaycanın qədim tarixi, butun dunyaya bəlli olan mədəniyyəti və istedadlı xalqı var. Əminəm ki, bu ölkədə yaşamaq, və Azərbaycan xalqı ilə yaxından işləmək mənə unudulmaz günlər bəxş edəcək. Azərbaycan Amerikanın ən vacib dostlarından və tərəfdaşlarından biridir. Biz, vacib siyasi, iqtisadi və təhlükəsizlik maraqlarına şərikik. Prezident Əliyev Ağ Evdə Prezident Buşla görüşdən sonra dediyi kimi, “Biz eyni dəyərləri bölüşürük”. Azərbaycan müasir demokratiya və azad bazar iqtisadiyyatına nail olmaq istəyir. Amerika bu məqsədi tam dəstəkləyir. Prezident Əliyev də Müstəqillik Günü münasibətilə Prezident Buşa göndərdiyi məktubda ABŞ-ın dəstəyini qiymətləndirib. Biz Prezidentə bu qiymətə və təbriklərinə görə təşəkkürümüzü bildiririk. Biz Azərbaycanın terrorizmə qarşı ABŞ ilə birgə əməkdaşlığını çox yüksək qiymətləndiririk. Biz sizin prezidentinizə və Azərbaycan xalqına minnətdarıq. Azərbaycan əsgərlərinə İraqda, Əfqanıstanda və Kosovoda iştirak etdiklərına görə, təşəkkürumuzu bildiririk. Nəhayət, neft və qaz istehsalçısı və tranzit ölkəsi olan Azərbaycan, qlobal enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycanın çox böyük potensialını inkişaf etdirmək üçün ABŞ sizinlə əməkdaşlığa ümid bəsləyir. Hökumətlər arasında güclü əlaqələr insanlar arasındakı əlaqələrdən asılıdır. ABŞ-ın Azərbaycandakı səfiri kimi, mən xalqlarımız arasında əlaqələrin genişlənməsinə çalışacam. Demokratik, firavan və dinc Azərbaycan Amerika Birləşmiş Ştatlarının güclü partnyoru və dostu olacaqdır. Mən bu əlaqənin inkisafi üçün Azərbaycan hökuməti və xalqı ilə isləməyi səbirsizliklə gözləyirəm. Diqqətinizə görə təşəkkür edirəm! |
||
| << back to speeches | ||