|
ABŞ Səfiri Ənn Dersinin "Korrupsiyaya Qarşı
Mubarizə və Keçid Dövrü Ölkələrində
İslahatlar Mövzusunda" Keçirilən Konfransın
Açılışında olan Çıxışı
Bu mühüm konfransda çıxış etməkdən ötrü məni dəvət etdiyinizə görə sizə təşəkkür edirəm. Korrupsiya qlobal bir problemdir. Heç bir ölkə ondan azad deyil. Korrupsiya, sadəcə olaraq, insan zəifliyidir. Hər bir hökumət və cəmiyyət bu problemlə üzləşir. O yerdəki insanlara hakimiyyət, pul və səlahiyyət verilir, /bəziləri öz vəzifələrindən sui-istifadə edir /və xalqın inamını şəxsi qazanclarına satırlar. Yalnız son bir neçə ildə, ABŞ korrpusiyaya görə dövlət rəsmilərini mühakimə edərək, cəzalandırıb. Onların arasında hakimlər, qanunverici orqan və hökumətin rəsmiləri var. Bu korrupsiya faktlarının aşkar edilməsi, və onların ciddi şəkildə mühakimə olunması böyük uğur kimi qəbul edilməlidir. Yalnız bu bəşəri problemlə yalnız açıq, qəti və ardıcıl mübarizə aparan ölkələr müvəffəqiyyət qazana bilərlər. Son on-on beş ildə, dünya ölkələrinin korrupsiya ilə mübarizəsi sahəsində müsbət dəyişiklik var. Birinci, ölkələr korrupsiyanın onların hökumətləri və cəmiyyətləri üçün problem olduğunu deməkdən çəkinmirlər. Onlar anlayırlar ki, korrupsiya insan zəifliyidir və bu problem hər yerdə var. İkinci, korrupsiya ilə mübarizədə ölkələrin passiv mövqeyi artıq qəbul olunmur. Cavabdeh hökumətlər başa düşürlər ki, insan təbiətinin bu zəifliyi ilə mübarizə aparmaq onların cavabdehliyidir. Üçüncü, beynəlxalq ictimaiyyət korrupsiya ilə mübarizədə bir-birlərinə kömək etmək üçün birgə işə başlayıbdır. Misal kimi, Avropa Şurasının Korrupsiya ilə Mübarizəyə Qarşı Dövlətlər Qrupu və BMT-nin Korrupsiya Əleyhinə Konvensiyası cərçivəsində birgə işi qeyd etmək olar. Azərbaycan da, başqa ölkələr kimi, korrupsiya problemi ilə üzləşdiyini dərk edib. Azərbaycan həm də başa düşür ki, korrupsiya ilə mübarizə aparmaq üçün fəal addımlar atmalıdır. Təqdirə layiqdir ki, Azərbaycan Korrupsiya ilə Mübarizəyə Qarşı Dövlətlər Qrupu və BMT tərəfindən müəyyən edilmiş standartlara cavab vermək öhdəliyi götürüb. Azərbaycan həmçinin, korrupsiya əleyhinə qanun və proqram da qəbul edib. Korrupsiya əleyhinə qanunların həyata keçirilməsi asan deyil. Lakin lazımdır. Biz hamımız razılaşırıq ki, korrupsiya pisdir. Lakin korrupsiyanın nə qədər çox ziyan verdiyini həmişə tam dərk etmirik. Korrupsiya insanlara ziyan vurur. Hər dəfə xalqın inamı keşiyində duran hökumət rəsmisi rüşvət istəyərkən və ya alarkən, və ya öz mövqeyindən şəxsi mənfəəti üçün istifadə edərkən, xalqın etibarını satmış olur. Bu zaman o, ölkəsinin fəxrini, varını və gələcəyini satmış olur. Səhiyyə və təhsil sahəsini nəzərdən keçirək. Səhiyyədə korrupsiya- əhalinin daha çox ehtiyaclı təbəqəsi – yaşlı, xəstə və yaralı insanlara əsas tibbi xidmət göstərməyə imkan vermir. Təhsildə korrupsiya - uşaqlarımızın və milli institutlarımızın gələcəyinə zərbədir. Dərəcələrin və diplomların pulla alınması uşaqları ona öyrədir ki, nailiyyəti qazanmadan almaq da olar. Bu isə/ gənclərin irəli getmək üçün lazımı bacarıqları inkişaf etdirməsinin qarşısını alır. Korrupsiya iqtisadi inkişafa da zərbə vurur. Əgər qanunlar, qaydalar və hökumət institutları misal üçün lisenziya, vergi, gömrük xidmətləri şəxsi biznes maraqlarına xidmət üçün istifadə edilsə, investorlar uzaqlaşar,yeni bizneslər iflasa uğrayar, monopoliya güclənər və inkişaf dayanar. Korrupsiya həmçinin milli təhlükəsizliyə zərbədir. Əgər sərhəd gözətçiləri və ya gömrük, immiqrasiya xidmətinin inspektorları/ insanların sərhədlərdən yoxlanılmadan keçmələri və ya mal, pul keçirmələri üçün rüşvət istəyir və ya alırlarsa, ölkənin təhlükəsizliyi risk altına qoyulur. Terrorçular və cinayətkarlar belə rüşvətxorlardan istifadə edirlər. Onlar narkotik maddələr satan və bizneslə məşğul olan rüşvətxor adamlar qədər rüşvət verməyə hazırdırlar. Bu, ölkələri korrupsiyanın qarşısını almaq və mübarizə etməyə çağıran mənəvi, iqtisadi və milli təhlükəsizlik borcuna aid misallardır. Azərbaycanın Korrupsiya ilə Mübarizəyə Qarşı Dövlətlər Qrupu və BMT-nin Korrupsiya Əleyhinə Konvensiyası çərçivəsindəki öhdəlikləri – ilk həlledici addımlardır. Mən bu öhdəlikləri alqışlayıram. Lakin bu gün burada keçirilən çox vacib konfrans onu göstərir ki, Azərbaycan başa düşür ki, bu sahədə hələ bir sıra işlər görülməlidir. İki min altıncı ildə Azərbaycan Transparency İnternational Təşkilatının Korrupsiyanın Qəbul Edilməsi İndeksində yüz altmış üç ölkə arasında yüz otuzuncu sırada yer almışdır. Dünya Bankının Biznes Təhlilində/ Azərbaycan yüz yetmiş beş ölkə arasında doxsan doqquzuncu yerdə dayanmışdır . Bu yerlər - Azərbaycanın ciddi və təcili işlər görməli olduğunu aydın göstərir. Bu sıralardakı yerlərini yaxşılaşdırmaq və regional lider kimi potensialından istifadə etmək üçün, Azərbaycan korrupsiya ilə mübarizədə milli konsensus əldə etməlidir. Azərbaycan maraqların toqquşması və vəzifə səlahiyyətlərindən istifadənin qarşısını BMT-nin Konvensiyası, Korrupsiya ilə Mübarizəyə Qarşı Dövlətlər Qrupunun prinsipləri və digər ölkələrin təcrübəsi bu mübarızəyə aydın istiqamət verirlər. Azərbaycan /Şəffaflığın Artırılması və Korrupsiya ilə Mübarizəyə dair / özünün yeni Milli Strategiyasını yekunlaşdırdığı bir zamanda/, mən Azərbaycanı bu qlobal təcrübəni və istiqaməti nəzərə almağa həvəsləndirirəm. Korrupsiya ilə mübarizədə uğur qazanmaq üçün lazım olan altı spesifik təklifi diqqətinizə çatdırmaq istərdim: Birinci: Çirkli pulların yuyulmasına dair geniş bir qanunun qəbul edilməsi; və bu qanunun icrası üçün Maliyyə Kəşfiyyatı İdarəsi kimi institutların yaranması. İkinci: Hökumət rəsmilərinin bütün maliyyə vəsaitləri haqqda məlumatların ictimaiyyətə açıqlanması. Mənim maliyyə vəziyyətim haqqında məlumatlar, ABŞ hökumətində çalışan digər həmkarlarım kimi, ABŞ-da ictimaiyyət üçün açıqdır. Üçüncü: Dövlət alqı-satqı prosesinin və dövlət vəsaitlərinin idarə edilmısinin şəffaf, rəqabət və açıq şərtlərlə aparılması. Dördüncü: Korrupsiya ilə Mübarizəyə Qarşı Dövlətlər Qrupunun və BMT Konvensiyasının öhdəliklərinə cavab vermək /və Azərbaycanın Korrupsiya ilə Mübarizəyə dair yeni Milli Strategiyasının icrası üçün müddətin təyin edilməsi. Beşinci: Hökumətin anti-korrupsiya tədbirlərini necə yerinə yetirməsini qiymətləndirmək üçün/ vətəndaş cəmiyyətinin iştirakı ilə müntəzəm monitoring və hesabatlar prosesinin aparılması. Altıncı: Korrupsiya halları barədə/ jurnalistləin mühakimə olunmaq və ya şəxsi ziyan çəkmək qorxusu olmadan/ obyektiv məlumat vermələri məqsədi ilə/ müstəqil, etik və peşəkar medianın olması və güclü hökumət tərəfindən mətbuat azadlığının qorunması. Azərbaycan korrupsiya ilə mübarizədə/ öz səylərini bu qlobal prinsiplərlə inamla müqayisə edərək, nə dərəcədə uğur qazanacağını müəyyən edə bilər. Mən çıxışımı əvvəldə dediyim sözlərlə başa çatdırıram. Azərbaycan korrupsiya problemi qarşısında tək deyil. Bu qlobal bir problemdir. Bu problemlə mübarizə aparmış ölkələr indi müvəffəqiyyət qazanmış ölkələrdir. Azərbaycan bu problemlə mübarizədə də tək deyil. ABŞ və başqaları Azərbaycana kömək etməyə hazırdırlar. Sonda, qeyd etmək istəyirəm ki, yalnız Azərbaycan hökuməti və xalqı/ onların etibarından sui-istifadə edənlərin qarşısını almaq, araşdırmaq və mühakimə etmək üçün nə qədər qəti addım atacaqlarına qərar verə bilərlər. Edilmiş seçim - Azərbaycanın uğuruna, gələcəkdə sabitliyi, firavanlığı və müstəqilliyini qorumasına çox böyük təsir edəcəkdir. Azərbaycanın regional liderə çevirməkdən ötrü onun təbii sərvətləri, güclü və artan iqtisadiyyatı, istedadlı və mükəmməl təhsilli xalqının böyük potensialı var. Azərbaycanın möhkəm dostu və tərəfdaşı kimi ABŞ/ Azərbaycanın uğur qazanmasını görmək istəyir. Korrupsiya ilə mübarizə Azərbaycanın bir ölkə kimi uğur qazanması üçün vacibdir. Biz və Azərbaycanın başqa dostları mümkün olan bütün vasitələrlə kömək etməyə hazırıq. Bugünkü konfransın işində sizə uğurlar arzulayıram. Diqqətinizə görə çox sağ olun. |
||
| << back to speeches | ||