|
ABŞ-ın Azərbaycandakı Səfirinin Müavini c-b Don Lunun Hüquq Müdafiəsi Mərkəzinin Bir İllik ildönümünə Həsr Olunmuş Mərasimindəki Çıxışı 12 iyun, 2007 Bakı, Azərbaycan Hörmətli xanımlar və cənablar, Sizinlə birlikdə Hüquq Müdafiəsi Mərkəzinin bir illik ildönümünü qeyd etməkdən məmnunam. Cəmi bir il ərzində, Hüquq Müdafiəsi Mərkəzi iki mindən artıq azərbaycanlıya pulsuz hüquq yardımı göstərmişdir. Mərkəz onların əmlak hüquqlarının qorunmasında, ədalətsiz məhkəmə qərarlarının dəyişdirilməsində və özlərinə inam hissinin qaytarılmasında kömək etmişdir. Azərbaycanda görməyə başladığımız problemlə biz Amerikada da üzləşirik – bu isə, yalnız varlı və güclülər tərəfindən ən yaxşı hüquq məsləətlərinin əldə etməsi imkanıdır. Hüquq Müdafiəsi Mərkəzi hər bir kəsin, varlı və imkansızın, güclü və gücsüzün qanunun tam müdafiəsindən bəhrələnmək prinsipinə sadiqdir. Orta Asiyada yaşadığım zaman, Qırğızıstanda buna bənzər təşkilatla – Ədalət Hüquq Klinikası ilə işləmişəm. Özbəkistanın Əndican şəhərində mindən çox kişi, qadın və uşaq amansızcasına oldürüləndən sonra, minlərlə qaçqın Qırğızıstana gəlmişdir. Ədalət Hüquq Klinikası qanunun gücünü istifadə etmiş və bu günahsızları müdafiə etmişdir. Həmçinin, Mərkəz Qırğız hökümətinə qərar qəbul etməyində və bu insanların Özbəkistana ölümə göndərilməklərinin qarşısının alınmasında kömək etmişdir. Mənim üçün bu həm qanunun, həm də QHT-lərin hüquq yardımının gücünü göstərən boyük nümunəsidir. Hüquq Müdafiəsi Mərkəzində çalışan on beş qənc hüquqşunas, üc vəkil və yardımcı personal nəinki öz müştəriləri, həmdə öz dövlətı üçün mühüm xidmətlər göstərirlər. Sizin işiniz qanunun aliliyini, korrupsiyaya qarşı aparılan işı və insan hüquqlarını hər gün inkişaf etdirir. Mən sizin dövlətinizə göstərdiyiniz xidmətləri alqışlayıram. Təbii ki, bu ancaq başlanğıcdır. Əminəm ki, Hüquq Müdafiəsi Mərkəzi çoxsaylı gənc hüquqşunasa imkanlar verməyini və daha çox müştəriyə yardım etməyini davam etdirəcək. Sizə uğurlar diləyirəm. |
||
| << back to speeches | ||