|
ABŞ-ın Azərbaycandakı Səfirinin Müavini c-b Don Lunun İnsan Alverinin Qurbanlarina Yardim Göstərilməsi Mövzusunda Keçirilən Seminarda çıxışı 13 iyun, 2007 Bakı, Azərbaycan Sabahıniz xeyir, hörmətli xanımlar və cənablar. İnsan alveri müasir quldarlığın bir növüdür. Hər il dünyada minlərlə kişi, qadın və uşaq məcburi əmək və ya seksual istismar məqsədilə insan alverinin qurbanları olurlar. Mütəşəkkil cinayət təşkilatları, narkotik alverçiləri və digər cinayətkarlar öz qurbanlarını istismar etmək üçün gücə və yalana əl atırlar. Tez-tez qurbanlar öz evlərindən uzaqa aparıldıqlarına görə nə yardim axtara, nə də qaça bilmirlər. Azərbaycan insan alverinə qarşı mübarizə aparmaq öhtəliyini açıq bəyan etmişdir. O, İnsan Alverinə qarşı Mubarizə haqqında Qanunu və Milli Tədbirlər Planını qəbul etmişdir. Həmçinin, qurbanlara xüsusi yardım və xidmətlər verilməsini təmin edən addımlar atmışdır. Azərbaycanda insan alverinin qurbanları üçün sığınacağın yaradılması çox pozitiv addım idi. Həmin bu insanlar üçün qaynar telefon xəttinin açılması isə növbəti vacib addımdır. Mən Qırğızıstanda işləyəndə, mənim həyat yoldaşım insan alverinin qurbanları və onların uşaqları üçün olan sığınacaqda könüllü idi. O, mənə qadınların danışdığı əhvalatları söylədi. Onlar qul alverçiləri və seksual zorakılığdan yaxa qurtarıb, yeni həyat qurmaq barəsində olan əhvalatlar idi. İnsan alveri cinayəti hər bir dövlətdə baş verir və hər bir azad və demokratik dövlət onun qarşısını almaq üçün fəaliyyət göstərməlidir. Hər il ABŞ-ın Dövlət Departamenti, insan alverinə dair və hokümətlərin bu problemi aradan qaldırılması üçün gördüyü fəaliyyətlər barədə hesabat dərc edir. 2007-cı il üçün İnsan Alverinə dair Hesabat dünən işıq üzü görmüşdür və biz tezliklə onun azərbaycan dilinə tərcümə olunmuş versiyasını öz vebsaitımızda yerləşdirəcəyik. Mən sizin hamınıza bu vacib konfransa gəldiyiniz üçün öz minnətdarlığımı bildirirəm və bu ciddi problemə qarşı mübarizədə sizə üğurlar arzulayıram. |
||
| << back to speeches | ||