|
Səfir Ənn Dersinin Göranboyda
yerləşən Uşaq və Ailə Yardım Mərkəzinin
açılış mərasimində etdiyi çıxış.
Salam, əziz uşaqlar və iştirakçılar! Burada, Azərbaycan uşaqları ilə birgə olmağa, onların gülər üzlərini görməyə çox şadam. USAID və Save the Children tərəfindən Goranboyda Uşaq və Ailə Yardım Mərkəzinin açılışında iştirak etmək mənim üçün xoşdur. Bu Mərkəz bir ildən artıqdır ki, Goranboyda bir çox ailəyə və uşağa xidmət göstərir. Burada uşaqlar müxtəlif klub və tədbirlərdə iştirak edir; valideynlər öz uşaqlarının inkişafı barədə məlumat alır; gənclər isə yeni bacarıqlara yiyələnirlər. Sosial xidmətlər, hökumətlə yerli əhali arasında birgə əməkdaşlığın nəticəsidir. Bu mərkəz, belə əməkdaşlığın yaxşı nümunəsidir. Burada, əhali cəmiyyətin ən həssas hissəsinə sosial xidmətlər göstərəcək. Bütün bunlar, yerli və regional işçilər, özəl və ictimai təşkilatlar, vətəndaşlar arasındakı əməkdaşlıq və dialoq nəticəsində real olmuşdur. Bu Mərkəz, Mingəçevir və Şüvəlandakı mərkəzlər kimi ehtiyacı olan uşaqlara və ailələrə alternativ xidmətlər göstərəcək. Bunlar uşaqların inkişafına, ailə mühitində böyüməsinə, və ictimai həyatda fəal rol oynamasına kömək edir. Ümid edirik ki, bu mərkəzlərin təcrübəsi Alternativ Qayğı üzrə Dövlət Proqramı haqqında Prezident Fərmanının həyata keçirilməsinə yardım edəcəkdir. Azərbaycanda belə mərkəzlər cəmiyyətin ən həssas hissəsinin, uşaqların və ailələrin gələcəkdə müdafiə olunmasını təmin edəcəkdir.
|
||
| << back to speeches | ||