|
Səfir Ənn Dersinin Bakıda
ABŞ-ın Müstəqillik Günü ilə əlaqədər
keçirilən mərasimində etdiyi çıxış.
Bu gün burda çıxış etməklə, mənim ölkəmin dünyada və Azərbaycanda demokratiyaya dəstəyini bir daha göstərmək istəyirəm. İnsanlarla hökumət arasında dialoq – hər bir demokratiyanın ürəyidir. Demokratik hökumət öz vətəndaşlarına qulaq asmalı, vətəndaşlar isə öz hökumətləri ilə ünsiyyət qurmalıdırlar. Belə iki tərəfli dialoq çox mühümdür. Demokratiyanın fəal iştirakçısı olmaq üçün, vətəndaşlar ölkənin problemlərini bilməli və onları başa düşməlidirlər. Demokratiyanın əsası olan dialoq üçün informasiya çox önəmlidir. Bu gün Milli Demokratiya İnstitutunun Regional İnformasiya Mərkəzinin açılışında iştirak edirik. Bu, və açılacaq digər mərkəzlər, Azərbaycanda demokratik prosesin əsaslarından biridir. Burada, Gəncəlilər öz icmalarının və xalqın problemləri haqqında oxuyub müzakirə apara bilərlər. Həmçinin, vətəndaşlar və qeyri-hökumət təşkilatları üçün idarə etmə və biznesin inkişafına dair təlimlərdə iştirak etmək mümkündür. Milli Demokratiya İnstitutu Min Doqquz Yüz Doxsan Beşinci (1995) ildən Amerikanın Azərbaycandakı demokratiya proqramlarının vacib partnyorlarından biridır. Bu proqramların əsas məqsədi vətəndaş cəmiyyətini gücləndirmək və vətəndaşların fəallığını artırmaqdır. Azərbaycan hökuməti bu Mərkəzin yaranmasında yaxından iştirak etmişdir. Mən Gəncənin İcra Başçısı Eldar Əzizova bu layihəyə verdiyi dəstəyə və köməyə görə təşəkkür edirəm. Prezident Aparatı İctimai – Siyasi Şöbəsinin Rəhbəri cənab Əli Həsənova bu layihəyə və Milli Demokratiya İnstitutunun Azərbaycandakı başqa layihələrinə verdiyi dəstəyə görə təşəkkür edirəm. Biz ümid edirik ki, demokratiyanın inkişafı üçün bu mərkəzlər Gəncədə və bütün Azərbaycanda insanları fəal olmağa və hökumətləri ilə daha geniş dialoq qurmağa həvəsləndirəcək. |
||
| << back to speeches | ||