blue line

 

Azərbaycanıin İngilis Dili Müəllimlərinin Cəmiyyətinin Konfransı
8 sentyabr, 2006
Bakı Slavyan Universiteti


Xanımlar və Cənablar, Məni bu konfransa dəvət etdiyiniz üçün Sizə təşəkkür edirəm. Mən bu gün burda olmaqdan çox məmnunam. AzETA bir çox Azərbaycanlı-ların İngilis dilini öyrənmək arzusuna cavab olaraq yaradılmış qeyri-hökumət təşkilatının gözəl nümunəsidir.

AzETA müəllimlər üçün təlimlər, tədris materialları, səfərlər, danışıq qrupları, belə seminarlar və başqa tədbirlər keçirir. AzETA Azərbaycanın orta və ali məktəb müəllimlərinin professional inkişafına böyük töhfələr vermşdir.

Qlobal sülhün və firavanlığın açarı ölkələr arasındakı yaxşı münasibətlərdədir. Belə münasibətlər yalnız hökumətlər deyil, insanlar arasındakı əlaqələrdən də asılıdır. Belə əlaqələri qurmaq və qarşılıqlı anlaşma üçün ümumi bir dil olmalıdır. Bu məqsədlə də mən Azərbaycan dilini öyrənməyə çalışıram. Həm də sevinirəm ki, bu qədər Azərbaycanlı İngilis dilini öyrənmək istəyir.

İngilis dili təlimlərini dəstəkləmək mənim Səfirliyimin prioriteti olmaqda davam edəcəkdir.

Biz AzETA-nın bir çox proqramlarına birbaşa yardım göstərmişik. Biz bu dəstəyi davam etdirməyə söz veririk.

Biz son bir neçə il ərzində Azərbaycana 20-yə yaxın İngilis Dili Mütəxəssisi gətimişik. Onlardan ikisi bu gün bizimlədir. AzETA kimi, bizim İngilis Dili Mütəxəssislərimiz də Azərbaycandakı müəllimlərlə yaxından çalışır, seminarlar və təlimlər keçirirlər.

Mütəxəssislərimizdən biri on bir il əvvəl AzETA-nı yaratmağa kömək etmişdir. Yeni mütəxəssislərdən biri isə, bu təşkilatı möhkəmləndirmək üçün onlarla birbaşa işləyəcəkdir.

Biz həmçinin sevinirik ki, bu il AzETA ilə pilot mikro təqaüd proqramı üzrə əməkdaşlıq edəcəyik. Bu proqramın məqsədi Bakıda, Lənkəranda və Azərbaycanın digər yerlərində layiqli və ehtyacı olan yeniyetmələrə İngilis dilinin keyfiyyətli tədrisidir.

Mən əminəm ki, bu konfrans sizin növbəti böyük uğurunuz olacaqdır. Sizin səyləriniz gənclərə imkanlar qapısnı açır və ölkələrimiz arasında körpülər qurmağa kömək edir.

Mən Sizi təbrik edir və alicənab işinizdə sizə uğurlar arzulayıram.

 
  << back to speeches