blue line

 

 Səfir Ənn Dersinin 11 Sentyabr Terror Hadisələrinin 5-Ci İl Dönümünə Həsr Olunmuş
Yad Etmə Mərasimindəki Çıxışı

11 Sentyabr, 2006

Bu mühüm ildönümünü qeyd etməkdə bizə qoşuluduğunuza görə Sizə təşəkkür edirəm.

Beş il bundan əvvəl, terrorçular dörd təyyarəni qaçıraraq, Ümumdünya Ticarət Mərkəzinə və Pentaqonun binasına hücum etdilər. Terrorçular Amerikaya, və sivilizasiyaları qarşı-qarşı qoymaq üçün əzəmətli və sülhsevər bir dinə zərbə vuracaqlarına ümid edirdilər. Lakin onlar yanılaraq, iflasa uğradılar.

Amerikaya hücum, əslində doxsan ölkədən olan üç min günahsız insanın həyatına son qoydu.

Dinlər arasında qarşıdurma yaranmadı. Əksinə, Müsəlmanlar, Xristianlar, Yəhudilər və başqa dinlərdən olan insanlar bir araya gələrək, zorakılığı pislədilər. Qorxu, nifrət və ayrı-seçkilik baş vermədi. Əksinə, bütün sivil ölkələr azadlığa yönələn bu terror hədəsini məğlub etmək üçün güclərini birləşdirdilər.

Bu mübarizədə Azərbaycan Amerika Birləşmiş Ştatlarının ən sadiq müttəfiqlərindən olmuşdur. Biz göstərdiyiniz dəstəyə, əməkdaşlığa və ön cəbhədə - xüsusi ilə Əfqanıstanda və İraqdakı töhfələrinizə görə Sizə təşəkkür edirik. Biz həmçinin, bu qlobal mübarizədə bizə qoşulan digər ölkələrə - onların nümayəndəri bu gün burda iştirak edirlər - onlara təşəkkürümüzü bildiririk.

Həmin vaxtdan bəri biz dəfələrlə terrora cəhdlərin qarşısını birlikdə almışıq. Biz səylərimizi davam etdirəcəyik. Amma eyni zamanda, on bir sentyabrdan sonra Madriddə, Londonda, İstanbulda və Balidə terrorçuların zərbələrindən həlak olmuş bütün millətlərdən olan günahsız insanları da yad etməliyik.

İndi isə istərdim ki, terrorun qurbanı olmuş bu insanların xatirəsini bir dəqiqəlik sükutla yad edək.

[PAUSE]

Bura gəldiyiniz üçün bir daha Sizə təşəkkür edirəm. Bu qurbanları yad etməklə, biz nifrət və qorxu yaymaq isətəyənlərə qarşı mübarizliyimizi daha da gücləndiririk.

 
  << back to speeches