|
Səfir Ənn Dersinin Sülh Korpusunun Könüllülərinin Sentyabrın 13-Də Keçirilən And İçmə Mərasimindəki Çıxışı 13 Sentyabr, 2006 Mən bu gün burada olmağıma çox şadam. Bu gün mən yeni qırx iki Sülh Korpusu Könüllüsünün and içməsində köməklik edəcəm. Bu könüllülər həyatlarının iki ilini Azərbaycanın kənd, rayon və şəhərlərində işləyəcəklər. Onlar oradakı insanların həyatlarını yaxşılaşdırmağa kömək edəcəklər. Siz növbəti iki ili Azərbaycandakı tərəfdaşlarınızla eyni həyat şəraitində yaşamağa söz verirsiniz. Bununla siz Sülh Korpusuna sadiqliyinizi nümayiş etdirirsiniz. Sülh Korpusu Min Doqquz Yüz Altmış Birinci ildə yaranıb. O vaxtdan yüz otuz səkkiz ölkəyə yüz səksən iki mindən artıq Könüllü göndərib. Təşkilatın missiyası ölkələr və mədəniyyətlər arasında sülh və dostluq yaratmaqdır. Bu şərəfli missiyanı həyata keçirmək üçün Amerika Könüllüləri digər ölkələrə gedib, orada yaşayırlar. Həmin ölkələrin dil və mədəniyyətlərini öyrənir və yerli icmalara texniki yardım göstərirlər. ABŞ-nın Azərbaycandakı Səfiri kimi, mənim ən vacib məqsədim yəqin ki, ikitərəfli münasibətlərimizi möhkəmləndirməkdir. Yaxşı münasibətlər isə tək dövlətlərin deyil, ayrı - ayrı fərdlərin əlaqəsindən də asılıdır. Beləliklə, əslində bu Könüllülərin hər biri yaşadığı Azərbaycan icmasında sülh və dostluğun səfiri olacaqdır. Onlar ölkələrimiz arasında qarşılıqlı anlaşma və dostluğun artmasına kömək edəcəklər. Bu proqramın uğuru hər Könüllünün zəhmətindən asılıdır. Eləcə də onların qaldıqları ailədən, işləyəcəkləri müəssisə, və onları bu ölkədə salamlayan Azərbaycan xalqı və Hökumətindən aldıqları dəstəkdən asılıdır. Mən xüsusi ilə Təhsil Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinə təşəkkürümü bildirmək istərdim. Sizinlə əməkdaşlıq, və dəstəyiniz sayəsində qırx iki regionda doxsan iki məktəbdə İngilis dili daşıyıcıları çalışıblar. On altı regionda isə otuz beş təşkilatda iqtisadi inkişaf ekspertlərinin çalışması mümkün olmuşdur. Bu proqramın uğurlu olmasında və Azərbaycanla Amerika arasında möhkəm dostluğun və əlaqələrin genişlənməsində yardım etdiyiniz üçün bu gün burada olan hər kəsə təşəkkür etmək istəyirəm.
|
||
| << back to speeches | ||