blue line

 

 Səfir Ənn Dersinin Məhkəmə Bacarıqlarına Dair Prokuror Və Vəkillər Üçün Keçirilən Təlim Seminarı Zamanı Etdiyi Çıxışı

15 Sentyabr, 2006

 Bacarıqlı Prokurorlar və Vəkillər yaxşı fəaliyyət göstərən ədliyyə sisteminin əsasıdır. Sizin bu təlim ərzində inkişaf etdirdiyiniz məhkəmə bacarıqları Azərbaycanda ədalət mühakiməsinin qanunun aliliyinə uyğun təmin edilməsinə yardım göstərəcəkdir.

Amerika Birləşmiş Ştatlarının Konstitusiyası və Azərbaycan Respublikasının Konstitusiyası bir-birinə bənzəyir, belə ki, onların hər ikisi bizim vətəndaşlarımıza vacib hüquqi müdafiəni təmin edir. Bu konstitusional müdafiə yalnız cinayətdən zərərçəkmiş şəxsə deyil, həm də cinayəti törətməkdə təqsirləndirilən şəxsə şamil edilir.

Hər bir demokratik cəmiyyət üçün qanunun aliliyi vacib təməl daşlarından biridir. Bizim hər iki konstitusiyalarımız tərəfindən nəzərdə tutlan, ixtisaslaşmiş vəkilin müdafiəsindən istifadə hüququ, qanunun aliliyinin vacib hissəsidir. Bu bizim hamımıza imkan verir ki, özümüzü səhvən ittiham olunmaqdan qoruyaq, və həqiqi cinayətkarlar onlara qarşı irəli sürülən sübütlar əsasında məhkum edilsin.

Prokuror və vəkil olaraq sizin digərlərinin həyatlarına çox böyük təsir göstərmək imkanınız var. Sizin vəzifəniz çox səlahiyyətlidir, və sizə cəmiyyətdə böyük hörmət var. Sizin həmin bacarıqlardan müdrik və etik qaydada istifadə etmək öhdəliyi həmin səlahiyyət və hörmətdən irəli gəlir.

Amerika Birləşmiş Ştatlarının Səfiri kimi, mən bu təlimdə iştirak edən bütün hüquqşünasları öz bacarıqlarını inkişaf etdirməyə və Azərbaycanda qanunun aliliyinin təmin edilməsi əzmində olduqlarına görə alqışlayıram.

 
  << back to speeches