|
Səfirin İftar Süfrəfi zamanı etdiyi çıxışı Octyabr 13, 2006 Ramazan ayınız mübarək! Hamınızı bu gün İftar süfrəsində
salamlamaq mənim üçün çox xoşdur. Ramazan
- yer üzündə yüz milyonlarla Müsəlman, o
cümlədən ABŞ-da yaşayan bin neçə milyon
Müsəlman üçün də ən müqəddəs
aydır. Biz elə bir vaxtda yaşayırıq ki, - zorakı ekstremistlər sülhpərvər bir dinin adından istifadə edirlər. Onlar sabitliyi pozmağa, və sivilizasiyaları qarşı-qarşıya qoymağa çalışırlar. Buna baxmayaraq, ekstremistlər dünyanın əsas dinlərinin göstərdiyi tolerantlığı düzgün qiymətləndirmirlər. Belə zorakılığa qarşı, hökumətlərin və dini icmaların nümayəndələri arasında əməkdaşlıq vacibdir. ABŞ Hökuməti Müsəlman təşkilatların fikirlərini yüksək qiymətləndirir və onlara hörmətlə yanaşır. ABŞ-da Şimali Amerika Fiqh Şurası, İslam Cəmiyyəti, Zaytuna İnstitutu kimi müsəlman təşkilatları var. Sülhün və anlaşmanın yayılmasında hökumət və qeyri-hökumət təşkilatları arasında belə dialoq vacibdir. Azərbaycan da, ABŞ kimi, dini və etnik tolerantlığın rəmzi olan bir ölkədir. Əsrlər boyu, və indiyədək Yəhudilər, Xristianlar və Müsəlmanlar burada dinc və yanaşı yaşayırlar. Azərbaycan, ölkələr arasında lider, həmçinin İslam Konfransı Təşkilatının Sədri kimi, bu və qonşu regionlarda sülhü və əmin-amanlığı yaymağa xidmət edir. Bu axşam mən əhalisinin böyük əksəriyyəti müsəlman olan ölkələrin Səfirlərini salamlayıram. Lakin Azərbaycanda müxtəlf dini icmaları təmsil edən Azərbaycanlı qonaqlarımızı xüsusi ilə salamlayıram. Siz, tolerantlıq və anlaşmanın böyük tarixi ən-ənəsinin varislərisiz. ABŞ Azərbaycana bu sahədə həm nümunə, həm də lider kimi verdiyi töhfələrə görə çox minnətdardır. Xoş Gəlmisiniz! |
||
| << back to speeches | ||