|
Səfirin Ceffri Verbokun konsert tədbirində etdiyi
çıxışı
Xanımlar və Cənablar! Hamınızı ecazkar musiqi gecəsində salamlayıram. Bu axşam, Azərbaycan musiqisi ilə Amerika istedadının bir araya gəldiyi gecədir. Jeffrey Werbock Azərbaycanın köhnə dostu, və Azərbaycan musiqisinin böyük vurğunudur. O, dəfələrlə Azərbaycanda olmuşdur. Azərbaycan musiqisini dinləmiş və öyrənmişdir.O, Azərbaycanın mahir musiqi ustaları ilə birgə ifa da etmişdir. ABŞ-ın Səfiri kimi, mənim missiyam bizim əla münasibətlərimizi yaxşılaşdırmaqda davam etməkdir. Qarşıdan gələn illər ərzində bu məqsədə çatmaq üçün mən daha çox işləyəcəyəm. Lakin ölkələr arasındakı münasibətlər yalnız hökumətlərdən və diplomatlardan deyil, həm də insanlar arasındakı əlaqələrdən asılıdır. Biz, daha çox Azərbaycanlı tələbələri, müəllimləri və professionalları Amerikaya göndərməkdə davam etməliyik. Eləcə də, daha çox Amerikalıların bura gəlib Azərbaycanlılar və ölkənizlə tanış olmalarına çalışmalıyıq. Mən çox şadam ki, bizim gözəl vətəndaşlarımızdan biri, diplomat-musiqiçi Jeffrey Werbock-u salamlamaq və sizə təqdim etmək imkanı əldə etmişəm. Ümid edirəm ki, konsert hamınızın ürəyincə olacaq. |
||
| << back to speeches | ||