US Embassy Baku, Azerbaijan  
ABŞ-ın Azərbaycandaki Səfirliyinə Xoş Gəlmisiniz
Səfir line
Tərcümeyi-hal
Rəsmi Çıxışlar
line
ABŞ-ın Azərbaycandakı Səfiri
Ənn E. Dersi


Ali Xarici Diplomatik Xidmət sahəsində karyera diplomatı olan Ann Elizabet Dersi Nazir-Müşavir rütbəsinə malikdir. O, 1976 ildə Minnesota Ştatıtın St. Pol şəhərində yerləşən Makalester Kollecini Fransız dili və Linqvistika ixtisası üzrə bakalavr və, 1981-ci ildə Con Hopkins Universitetinin Pol H. Nitzenin adını daşıyan Ali Beynəlxalg Tədqigatlar məktəbini magistr dərəcəsi ilə bitirəndən sonra Dovlət Departamentində fəaliyyətə başlamışdir.

Xanım Dersi Azərbaycana 2006-cı ilin may ayinda səfir təyin olunmuşdur. Bundan öncə, o Ağ Evdə Daxili Təhlükəsizlik Şurasında Bioloji Müdafiə Siyasəti üzrə Direktor vəzifəsində çalışmışdır və Prezident Buşun Pandemik İnfluenza Milli Strategiyasının İcra Planının inkişafına yardim etmişdir.

2004-2005-ci illərdə o, İqtisadi Məsələlər üzrə Nazir-Müşavir rutbəsində çalışarag, İraqın paytaxtı Bağdad şəhərində yeni ABŞ səfirliyinin yaradılmasına kömək etmişdir.

Xanım Dersi 1999-2003 illərdə ABŞ-ın Avropa Birliyindəki missiyasında İqtisadi Məsələlər üzrə Nazir-Müşavir vəzifələrində çalışarkən, ABŞ və Avropa Birliyi arasında iqtisadi əlagərlə məşğul olan grupa rəhbərlik etmişdir.

1997-1999 illərdə ABŞ-ın Brüsseldəki səfirliyində İqtisadi Müşavir vəzifəsində çalışarkən, o Üçtərəfli Gızıl Komissiyasında ABŞ-ın son Komissarı kimi fəaliyyət qöstərmişdir. Bu zaman, sözü qedən Komissiya ikinci Dünya Müharibəsi vaxti nasistlərin mənimsədiyi və Müttəfiglər tərəfindən qeriyə gaytarılan gizil ehtiyatları ilə bağli suveren iddialara baxılmasını tamamlamışdir.

Xanım Dersi 1995-1997 ildə Manilada yerləşən ABŞ səfirliyində İqtisadi Müşavir və Müşavir Müavini vəzifəsində işləyib və 1996-cı ildə keçirilən Asiya-Sakit Okean Bölqəsi İqtisadi Əməkdaşlıq Sammitində ABŞ-ın iştirakı ilə bağlı məsələlərin əlagələndirilməsinə yardim etmişdir.

1989-1993-cü ildə Seulda Maliyyə və İnkişaf Məsələləri üzrə Əməkdaş və İqtisadi Müşavir Müavini kimi çalışan zaman, o, Prezidentin İqtisadi Təşəbbüsü, İqtisadi Əməkdaşlığa dair Dialog və Xazinə-Maliyyə Nazirliyinin maliyyə siyasətinə dair danişıglar daxil olmagla, ikitərəfli iqtisadi forumların təşkil olunmasina və gücləndirilməsinə yardim etmişdir.

Xanım Dersinin digər xarici təyinatları 1985-1988-ci ildə Sinqapurda Ticarət Məsələləri üzrə Əməkdaş və 1981-1983-ci ildə Trinidad və Tobagoda Consul Muavini vəzifələri olmuşdur. Vaşingtonda, xanim Dersi 2003-2004 ildə Dövlət Departamentinin İqtisadi, Biznes və Kənd Təsarufatı üzrə Katib Müavininin İcraçı Köməkçisi və 1993-1995 ildə Asiya Bölqəsi üzrə Xüsusi Köməkçi vəzifələrində çalışmışdır. 1983-1984 ildə, o Dövlət Departamenti Müşavirinin kadrlar üzrə köməkçisi olmuşdur.

Xanım Dersi 2004-cü ildə Dövlət Departamentinin Ali İgtisadi Fəaliyyətdə Mükəmməllik Herbert Zaltsman mükafatı və 1994, 1996, 2002 və 2004-cü illərdə Ali Şərəf mükafatı ilə təltif edilmişdir. O, Dövlət Departamentinin İqtisadi və Kommersiya Tədqiqatları programını 1989-cu ildə fərglənmə ilə bitirmişdir. Xanim Dersi Fransız və İtalanyan bilir.

Xanim Dersi 1954-cü ildə Ohayo ştatının Leykvud şəhərində doğulub. Keçmiş diplomat E. Meyson Hendrikson Jr. ilə ailə gurub. Onların dörd uşaqı var.

 
<< geriyə
line
Ana Səhifə | Dövlət Departamenti | FirstGov