|
Fövqəladə hallarla bağlı viza üçün
müraciət
Tibbi müalicə, ailə məsələləri və
ya digər fövqəladə hallarda müraciətçilər
təcili səfər etmi olduqları zaman, Konsulluq Şöbəsinə
zəng vuraraq, təcili görüş istəməlidirlər.
Müraciətçilər Konsulluq Şöbəsinin əməkdaşına
təcili səfərlərinin səbəbini açıqlamalıdırlar.
Telefonda verilən açıqlama ilə yanaşı, həmçinin,
faks və ya e-mail vasitəsilə yazılı surətdə
sübut təqdim etməlidirlər. Təqdim olunan sənədləri və şəraiti nəzərə alaraq, Konsul, viza üçün müraciətə baxa və təcili müsahibə təyin edə bilər. Əsas müraciətçini müşayət edən şəxslərin (məsələn, müalicəyə ehtiyacı olan uşağın valideyni) müraciətində də eyni şəkildə baxılacaq. Lakin əlbəttə ki, onlar ABŞ-a viza almaq üçün kifayət qədər əsaslar təqdim etməlidirlər. Təcili səfər zamanı viza üçün müraciət edən şəxslərdən evisaforms.state.gov internet səfifəsində olan Elektron Viza Müraciət Formasını (DS-156), doldurmaq tələb olunur. Əl ilə yazılmış, yaxud çap olunmuş müraciət formaları qəbul edilməyəcək. Yadda saxlayın ki, ABŞ vizası almaq üçün bütün müraciətçilər kifayət qədər əsaslar təqdim etməlidirlər və vaxtında müraciət etmək hər bir müraciətçinin özünün məsuliyyətidir. ABŞ-a tibbi müalicə məqsədilə səfər etmək istəyən şəxslər daha ətraflı məlumat üçün Konsulluq Şöbəsi ilə əlaqə saxlamalı və ABŞ səfirliyinin internet saytına baş çəkməlidirlər: baku.usembassy.gov |
||||||||