İşgüzar səfər edən şəxslərə sürətləndirilmiş viza verilməsi qaydaları


İşgüzar səfərlər (B1) və iş məqsədilə (H, L) viza üçün müraciət etdikləri zaman, aşağıdakı sənədləri təqdim etməlidirlər.
Elektron Viza Müraciət Forması (DS-156) evisaforms.state.gov saytında düzgün və tam doldurulumuş. Əl ilə yazılmış və ya çap edilmiş müraciət formaları qəbul olunmayacaq. Konsulluq Şöbəsi işgüzar məqsədlərlə səfər edən və Elektron Viza Müraciət formasını dolduran müraciətçilər üçün sürətləndirilmiş səyahət qaydalarını tətbiq edir. Müraciət etdikləri zaman bu kateqoriyadan olan və viza almağa münasib sayılan şəsxlərin müraciətinə birinci növbədə baxılacaq. Mümkün olduqda, 24 saat ərzində müraciətçilərə viza veriləcək. Yadda saxlayın ki, B1 vizası üçün müraciət edən şəxslər iş yerlərindən arayış və ABŞ-dakı dəvət edən şirkət yaxud təşkilatdan məktub təqdim etməlidirlər.
Əlavə olaraq, 16-45 yaş arası bütün kişi müraciətçilər qeyri-immiqrasiya müraciət formasından əlavə olaraq, DS-157 formasını doldurmalıdırlar.
İş məqsədilə (H, L) verilən viza üçün müraciət edən şəxslər ABŞ İmmiqrasiya Xidməti tərəfindən verilmiş icazə sənədinin əslini (I-797) təqdim etməlidirlər. Əgər müraciətçinin ailəsi onu müşayət edəcəksə, onlar nikah və doğum şəhadətnamələrinin əslini təqdim etməlidirlər. İş vizaları ilə bağlı daha ətraflı məlumat üçün, zəhmət olmasa www.uscis.gov internet saytına baş çəkin.
Təcili işgüzar səfərlərlə ilə bağlı məlumat üçün, ABŞ Səfirliyinin internet saytının konsulluq xidməti bölməsinə baxın: baku.usembassy.gov
Daha ətraflı məlumat üçün travel.state.gov internet saytında olan “ABŞ-a müvəqqəti səfərlər” bölməsinə baş çəkin.
blue line
<< back to consular