|
Səfirliyin əsas məqsədləri:
Azərbaycanın və keçmiş Sovet İttifaqına
daxil olan ölkələrin müvəffəqiyyəti
ABŞ-ın milli təhlükəsizliyi üçün
vacibdir. Onların müvəffəqiyyəti bu region
sülhə, sabitliyə və tərəqqiyə
nail olarsa daha böyük əhəmiyyət kəsb
edir. Müvəffəqiyyətsizlik yeni regional konfliktlərə
və sabitsizliyə gətirib çıxarar və
bu da ABŞ-ı və dünyanı kasıblıqdan,
sabitsizlikdən və zorakılıqdan yaranmış
yeni terror və millətçi təhlükələrinə
məruz qoyar. Bu ölkənin nailiyyətlər
əldə etməsi və qlobal ABŞ məqsədlərini
irəli sürmək üçün bizim əsas
vəzifələrimiz aşağıdakılardar:
- beynəlxalq sülhün və təhlükəsizliyin
terrorizmdən və digər hədələrdən
qorunmasında səlahiyyətin səmərəli
surətdə gücləndirilməsi;
- regionda olkələr arasında əməkdaşlığın
və Azərbaycanla Ermənistan arasında sülhün
bərpa edilməsinə nail olmaq;
- iqtisadi idarəetməni gücləndirilmək
və tərəqqini inkişaf etdirmək üçün
Xəzər hövsəsində olan energinin beynəlxalq
bazarlara çıxışına dəstəyin
gücləndirilməsi
- Uzun müddətli sabitliyin qarantı kimi demokratiyanın
inkişafina komək etmək
Anti-Terrorizm: Rusiya, İran,
Ermənistan, Türkiyə və Xəzər Dənizi
aralarında yerləşən bu ölkə Qafqazda
və Orta Asiyada uzun müddətli tərəqqiyə
və sabitliyə açar ölkədir. Azərbaycanın
bizimlə terrorizmə və digər millətçi
hədələrə qarşı mübarizədə
əməkdaşlıq etməsinin təmin edilməsi
bizim ən böyük vəzifəmizdir. Bu İran
daxil olmaqla beynəlxalq terrorçu təşkilatlara
və digər təsirlərdən doğan təhlükərə
qarşı bizimlə birgə işləmək
üçün Azərbaycanda təhlükəsizlik
təşkilatlarının gücləndirilməsi
deməkdir. Əsas səylərə hərbini müasirləşdirmək
və Sülh Naminə Tərəfdaşlıq
proqramı vasitəsilə NATO-ya inteqrasiya etmək
üsün hərbi əməkdaşlıq; hüquq
mühafizəsi üçün yeni yardım proqramı;
və sərhədçilərə yardım proqramı
daxildir. Prezidentin Azadlığı Dəstəkləmə
Aktı çərçivəsində 907-ci maddənin
müvəqqəti dayandırılmasından sonra
yardım proqramının həyata keçirilməsi
ağır gedir. İş sürətləndirilməlidir;
səylər seminar və konfranslardan real, aktiv və
maddi köməyə keçməlidir; və bu sahələrdə
çalışan ABŞ Dövlət Agentliklərində
daha boyük əlaqələndirməyə nail
olunmalıdır.
Regional Sülh: Azərbaycanla Ermənistan arasındakı
münaqişənin təzələnməsi bizim
buradakı hər sahədə iki tərəfli
əməkdaşlığımızı təhlükəyə
məruz qoya bilər. Hazırkı «sülhsüz
və müharibəsiz» şərait hər iki ölkədə
bizim maraqlarımızı təhlükə altına
qoyan ekstremist ideologiyaların yaranmasına gətirər.
ABŞ səylərini ATƏT-in Minsk Qrupuna və
burada liderlik və ictimaiyyətlə ikitərfli
iş apararaq məsələnin uzunmüddətli
həll tapmasına yönəldir. Biz bunu Azərbaycan
Dövləti ilə enerji, təhlükəsizlik
sahələridə və Gürcüstanla başqa
proyektlər üzərində, GUUAM daxilində
və Qazaxstanla (enerji ixracı üzrə) əməkdaşlq
etməklə tamamlayırıq.
Enerji və Bazar İqtisadiyyət İslahatları:
Azərbaycan və Xəzər Dənizi enerji resurslarının
inkişaf etdirilməsi və həmin resursların
dünya bazarlarına ixrac olunması üçün
infrastrukturun yaradılması ABŞ-ın İran
Körfəzi neftindən asılılığını
azaltmağa dair görülən işlərin mühüm
bir hissəsidir. Hal-hazırda resursların inkişafına
ABŞ və digər qərb şirkətləri
miliardlarla dollar məbləğində sərmayələr
qoyurlar. Bakı-Tiflis-Ceyhan və Bakı-Ərzirum
qaz kəmərləri artıq qərb investorları
tərəfindən həyata keçirilən real
kommersiya layihələrinə çevriliblər.
Bu layihələri 2005-2007-ci illərdə uğurlu
başa çatdırmaq istiqamətində həyata
keçirmək vacib hədəf olaraq qalmaqdadır.
Enerji resurslarından yaxın vaxtlarda real gəlir
əldə edəcək Azərbaycana onun sərvətlərinin
düzgün istifadəsini təmin edən effektiv
iqtisadi islahatlar indi həmişəkindən daha
çox lazımdır. Azərbaycanın 800 000-dən
çox olan qaçqın və məcburi köckünləri
arasındakı yoxsullugun azaldılması təcili
bir məsələdir. 907-ci düzəlişin
müvəqqəti dayandırılması islahatların
keçirilməsinə yeni təkan verdi. Muhum məsələlər
arasında investisiya mühitinin yaxşılaşdırılması;
sağlam idarəetmənin möhkəmləndirilməsi;
efektiv iqtisadi institutlar və şəffavlıq;
qısa vaxtda yeni iş yerlərinin yaradılması
və gəlirlərin artmasında ən böyük
naliyyətlər əldə edən iqtisadiyyatın
kənd təsərrüfatı sektorunda bazarların
yaradılması; və Azərbaycanın Beynəlxalq
Ticərət Təşkilatına üzv qəbul
olunmasını adlandırmaq olar.
Demokratiya, vətəndaş cəmiyyəti və
qanunun aliliyi: sabitlik və tərəqqi kücləndirilmiş
demokratik institutların, qanun aliliyi, vətəndaş
cəmiyyəti və insan hüquqlarına hörmətin
mövcud olmadığı halda yarana və davam
edə bilməz. Azərbaycan dünya standartlarına
uyğun seçkilər keçirməlidir; gücləndirilmiş
demokratik institutların vacibliyi məhs gələn
illərdə baş verəcək liderliyin dəyişməsi
zamanı nəzərə çarpacaq. Siyasi partiyaların
inkişafı, azad mətbuat, QHT-lərın inkişafı
və hüquqi təhsilatlara dair ABŞ yardım
proqramları yüksək səviyyəli iki tərəfli
dialoq vasitəsilə daha da möhkəmlənəcəklər.
ATƏT, Avropa Şurası və əsas Avropa ölkələriylə
birgə işləyərək daha da böyük
nüfuz əldə edə bilərik.
|