Azərbaycan
Dağ Yəhudiləri İcması ölkədə
artıq 2700 ildir ki, yaşayırlar; Aşkenazi Yəhudiləri
isə 100 ildən artıq müddətdir ki, burada təmsil
olunurlar.
Ölkədə yaşayan Yəhudilərə qarşı
ayrı-seçkilik və ədalətsiz münasibət
hallarına çox az rast gəlinmişdir və anti Semitizm
fəaliyyəti ilə bağlı olan bu nadir hallarda
hökumət cəld və adekvat reaksiya göstərmişdir.
Bu hesabatın əhatə etdiyi dövr ərzində
yalnız bir insidentlə bağlı məlumat verilmişdir.
Aprel ayında Lubaviç icması Pasxa bayramını
qeyd etdiyi dövrdə hədə-qorxu yazılmış
məktub almışdır. Buna cavab olaraq polis və
hərbi qüvvələr Pasxa bayramını dinc şəkildə
qeyd etmələri üçün Yəhudilərin sitayiş
və dini ayin yerlərini mühafizə altına alaraq
nəzarətə götürmüşdülər.
Bu insidentlə bağlı sonradan aparılan istintaq müəyyən
etdi ki, həmin məktubu kiçik bir radikal İslam qrupunun
üzvü yazmışdır. Nəticədə həmin
şəxs həbs edilərək mühakimə olundu
və azadlıqdan məhrum edildi.
Hökumət kiminsə tərəfindən Yəhudilərin
izlənməsini heç cür qəbul etmir və bununla
barışmır. Anti-Semitizmlə bağlı heç
bir qanun möcud deyildir.