AZƏRBAYCAN

QLOBAL TERRORİZMİN NÜMUNƏLƏRİ


Azərbaycan və Amerika Birləşmiş Ştatları 11 sentyabrdan əvvəl terrorizmlə mübarizə sahəsində yaxşı əməkdaşlıq etmişlər. Azərbaycan 1998-ci ildə Şərqi Afrikadakı Amerika Səfirliklərində partlayışlarla bağlı istintaq işlərində köməklik göstərmiş və ABŞ-ın Bakıdakı səfirliyini terror təhlükələrindən qorumaq üçün səfirliklə əməkdaşlıq etmişdir. 11 sentyabr hücumlarından sonra Azərbaycan Hökuməti ABŞ-a qəti dəstək vermiş və ABŞ-ın apardığı anti-terror koalisiyasına lazım olan imkanları təklif etmişdir. Bu günə qədər, Azərbaycan uçuşlara tam icazə vermiş, bazalardan isifadə edilməsini təklif etmiş, informasiya mübadiləsində iştirak etmiş və hüquq-muhafizə orqanları ilə əməkdaşlıq etmişdir.

Azərbaycan həmçinin, Amerika Birləşmiş Ştatlarına güclü siyasi dəstək vermişdir. Dekabrın 11-də ABŞ Səfirinin iqamətgahında keçirilən mərasimdə Prezident Əliyev beynəlxalq terrorizmlə mübarizədə ABŞ-ın atacağı bütün addımları dəstəkləmək niyyətiyini bir daha vurğulamışdır. Oktyabrın əvvəllərində parlament Terrorizmin Maliyyələşdirilməsinin Qarşısının alınmasına dair BMT-nin Konvensiyasını təsdiqləmək üçün səs verərək, Azərbaycanın beynəlxalq terrorizmlə mübarizəyə dair qoşulduğu konvensiyaların sayını səkkizə çatdırmışdır.

Azərbaycanın əvvəllər Qafqazdan adamları, pul və materialları keçirməyə çalışan terrorçu təşkilatlarla əlaqələri olan beynəlxalq mücahidlər üçün tranzit yolu müddətdə olduğu, Bakı Çeçenistandakı mücahidləri dəstəkləyən beynəlxalq şəbəkələrin qarşısını almaq üçün səylərini gücləndirdi və beləliklə, onların qarşısını almaqla, fəaliyyətlərinə mane oldu. Azərbaycan terrorizmin maliyyələşməinin qaşısını almaq sahəsində də addımlar atmışdır. Azərbaycan terrorçuların maliyyələşməsi ilə əlaqədar mümkün mənbələri müəyyən etmək üçün yerli banklara şüvhəli terrorçu qrupların və şəxslərin siyahısını verməklə, razılaşdırılmış səylər göstərib. Avqust ayında Azərbaycanın hüquq-muhafizə orqanları Hizb ut-Təhrir terrorçu qrupunun altı üzvünü həbs etmiş və 2002-ci ilin əvvəlində onlar məhkəməyə verilmişlər. 2000-ci ildə həbs olunmuş və 2001-ci ildə məhkəmə qarşısında durmuş yerli terrorçu qrup olan Ceyşullahın üzvləri həbsxanada yatırlar. 2001-ci ilin dekabrında Azərbaycan hökumət orqanları terrorçu qrupları dəstəkləməkdə şübhəli bilinən İslam qeyri-hökumət təşkilatı olan İslam Dirçəliş Küveyt Cəmiyyətinin yelri şöbəsinin qeydiyyatını ləğv etmişdir. 11 sentyabr hücumlarından sonra Azərbaycan özünün İranla cənub və dəniz sərhədlərində nəzarəti artırmış və sərhədi qanunsuz keçən bir neçə nəfəri tutmuşdur. Azərbaycan terroristlərlə əlaqədə şübhəli bilinən ən azı altı nəfəri, o cümlədən üç nəfəri Səudiyyə Ərəbistanına, üç nəfəri isə Misirə deportasiya edişdir. Aviasiya Təhlükəsizliyi İdarəsi Bakının Binə Hava Limanında təhlükəsizliyi gücləndirmış və Beynəlxalq Mülki Aviasiya Təşkilatının aviasiya təhlükəsizləyinə dair tövsiyyələrini yerinə yetirmişdir.


blue line
  << back to home page