|
AZƏRBAYCAN
Azərbaycanda Insan Huguglari Strategiyasi uzrə hesabat Azərbaycanın insan hüquqları uğursuz olaraq qalmaqda davam edir. Son seçkilər, 2003-cü ilin oktyabrında keçirilmiş mübahisəli prezident seçkiləri də daxil olmaqla, çoxsaylı ciddi pozuntularl olmuş və buna görə də beynəlxalq normalara cavab verməmişdir. Prezident seçkisindən sonrakı zorakılığa görə müxalifət düşərgəsindən təqsirləndirilən şəxslərin məhkəmələrinin bir çoxu beynəlxalq normaların tələblərinə cavab verməmişdir. Həbsxanalardakı pis şərait, həyat üçün təhlükəli olaraq qalır və məhkəməyə qədər olan həbslər geniş olaraq tətbiq edilir. Məhkəmə sisteminin səmərəsizdir, korrupsiyaya uğramışdır və icra hakimiyyətindən asılıdır. Hüquq-mühafizə orqanlarının işçiləri təqsirləndirilən şəxslərə işgəncələr verməsi və onların döyülməsi halları davam etmişdir. Prezident çoxlarını əfv etmişdir, lakin bu heç də siyasi məhbuslar hesab olunan bütün şəxslərə şamil olunmamışdır. Hökumət bir sıra hallarda icazəsiz etiraz nümayişi keçirən insanları həbs etməklə il ərzində istənilən müxalif siyasi partiya nümayişlərinin keçirilməsinə icazəni rədd etməklə sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmışdır. Söz və mətbuat azadlığı da bir sıra hallarda hücumlara məruz qalmışdır, çünki jurnalistlər hökumət rəsmilərinə qarşı böhtana xarakterli yazılarla əlaqıdar olaraq, qeyri-mütənasib şəkildə məhkımı cərmələri ilə üzləşmişdir. Lakin bu, hökumətə və onun yürütdüyü siyasətə qarşı edilən ittihamları və hücumları səngitməmişdir. Hökumət özünün cəmiyyəti radikal İslamdan və sosial qeyri-sabitlikdən qorumaq hüququna istinad edərək, müsəlmanların və xristianların bir sıra dini azadlıq hüquqlarını məhdudlaşdırmışdır. Hökumət insan alverinə qarşı mübarizə aparmaq məqsədilə milli fəaliyyət planının əsasını qoymuş, lakin onun həyata keçirilməsinə bu yaxınlarda başlamışdır. ABŞ-ın Azərbaycan üçün nəzərdə tutduğu insan hüquqları və demokratiya strategiyası, demokratik proseslərə, vətəndaş cəmiyyətinə, əsas azadlıqlara, qanunun aliliyinə, insan hüquqlarına və insan alverinə qarşı təşəbbüslərə hörmət bəslənilməsi də daxil olmaqla çoxsaylı ümdə məsələlərə toxunur. ABŞ strategiyasına dəstək kimi, ABŞ rəsmiləri müntəzəm olaraq, çoxsaylı insan hüquqları və demokratiya fəalları, islahatyönümlü siyasi partiyalar və dini azlıqlar, habelə hökumət rəsmiləri ilə müntəzəm görüşlər keçirirlər. Dövlət Katibinin Müavini Riçard Armitac, Katib Köməkçisi Elizabet Cons, Katib Köməkçisinin Müavini Laura Kennedi, Konqres üzvləri və Konqres heyəti ABŞ-ın məqsədlərini dəstəkləmək məqsədilə 2004-cü ildə Azərbaycana səfər etmişdir. Amerika Birləşmiş Ştatları yüksəksəviyyəli hökumət müdaxilələri və treyninq proqramları vasitəsilə beynəlxalq standartlara uyğun olmayan seçki proseslərinə diqqət yetirməklə bağlı davamlı bir təşəbbüs üzərində dayanmışdır. Amerika Birləşmiş Ştatlarının dekabrda keçirilən bələdiyyə seçkilərinə dair təşəbbüsləri, əsas diqqəti 2005-ci ilin noyabrında keçiriləcək parlament seçkilərinin hazırlanmasında keçmişdə yol verilən qanun pozuntularını aradan qaldırmaq zərurəti üzərində dayanmışdır. Müzakirə mövzusu olan 2003-cü il Prezident seçkisi ilə bağlı olaraq, ABŞ rəsmiləri hökuməti əhalinin seçki sisteminə inana bilməsini nümayiş etdirmək zərurəti üzərində dayanmışdır. Səfir yüksək səviyyəli rəsmiləri etibarlı və şəffaf seçkilər aparmaq zərurətinə dair dialoqa dəvət etmişdir. O, həmçinin seçki rəsmilərinin lazımınca təlimləndirilməsi və dəqiq seçici siyahılarının hazırlanması kimi əməli addımlar atmaq zərurəti üzərində dayanmışdır. Oktyabr ayında səfir və ATƏT-in rezident səfirləri şəffaf seçki prosesinə olan zərurət üzərində dayanmaq məqsədilə Mərkəzi Seçki Komissiyasının (MSK) Sədri ilə görüşmüşlər. Amerika Birləşmiş Ştatları, ABŞ-da seçki proseslərinə dair debatları canlandırmaq, fəallar və siyasi rəhbərlərlə nəzərdə tutulan gələcək planlara dair dialoq aparmaq məqsədilə seçki sistemləri və siyasi partiyalar üzrə ekspertin səfərini maliyyələşdirmişdir. Hakimiyyətin icra qolu tərəfindən təyin olunmuş yerli rəsmilər Azərbaycandakı seçkilərin aparılmasında mühüm rol oynayırlar. Keçmişdə həmin rəsmilərin bəziləri seçki prosesinə maneə törədən amillər kimi çıxış etmişlər. Onların bu prosesdə oynadığı mərkəzi rolu dərk edərək, ABŞ tərəfindən maliyyələşdirilmiş proqram yerli rəsmiləri və Dairə Seçki Komissiyalarının rəhbərlərini beynəlxalq demokratik normalara müvaafiq surətdə seçkiləri necə aparmaqla bağlı təlimləndirmişdir. Bütün ölkə üzrə 200-dən çox hökumət nümayəndələri və seçki rəsmiləri həmin təlimdə iştirak etmişdir.
Amerika Birləşmiş Ştatlarının maliyyə yardımı ilə bitərəf beynəlxalq müşahidəçilər parlamentə keçirilən əlavə seçkilər və dekabrda keçirilən bələdiyyə seçkiləri ilə bağlı olaraq təlimləndirilmiş və onlar həmin proseslərə cəlb olunmuşlar. Seçkiyə hazırlıq zamanı səfirlik Seçki Strategiyası Qrupu, Prezident seçkilərindən əvvəl ilkin olaraq formalaşan əlaqələndirici orqan yaratmışdır. Bu qrupun tərkibinə ATƏT-in standartlarına cavab verə bilən seçkinin gedişinə yardım göstərmək məqsədilə təşəbbüsləri cəmləşdirmək üçün səfirliyin və qeyri-hökumət təşkilatından (QHT) ibarət olan nümayəndəlik idi. Bu qrup həm də Amerika Birləşmiş Ştatlarının hökumətə gözlədityi nəticələrlə bağlı vahid və buna görə də daha güclü bir mesaj göndərə bilməsini təmin etmişdir. Səfirlik oktyabrda növbədən kənar parlamentə seçkilərinə nəzarət etmək üçün 10 müşahidəçi qrupu və dekabrda keçirilən bələdiyyə seçkilərinə nəzarət etmək üçün isə 25 müşahidəçini təhkim etmişdir. Yol verilən ciddi qanun pozuntularının hər iki seçkinin aparılmasına mane olduğu zaman, səfirlik MSK-nı dərhal onun müşahidələri və narahatlıq doğuran məqamları ilə bağlı məlumatlandırmışdır. Amerika Birləşmiş Ştatları həm də yuxarı hökumət rəsmiləri ilə bağlı narahatlıqlarını bildirmişdir. MSK-a ABŞ rəsmilərinin təkidi ilə nəticələri ləğv etmiş və bizim müşahidəçilərin ciddi saxtakarlıq hallarının şahidi olduğu bəzi səsvermə məntəqələrində seçki rəsmilərini vəzifədən kənarlaşdırmışdır. Seçkilərdən əvvəl və sonra Amerika Birləşmiş Ştatları MSK-nı seçki məcəlləsinin pozulması ilə bağlı şikayətləri araşdırmaq üçün Respublika Baş Prokurorluğuna göndərməyi tövsiyə etmişdir. Yanvar ayında, tarixdə ilk dəfə olaraq, MSK-a 95 işi araşdırılması üçün Prokurorluğa göndərmişdir. Amerika Birləşmiş Ştatları vətəndaşların demokratik prosesdə iştirakını həvəsləndirmək məqsədilə mediadan istifadə etmişdir. Siyasi dialoqa və diqqət mərkəzində olan seçki proseslərinə təkan vermək təşəbbüsünün bir hissəsi olaraq, Amerika Birləşmiş Ştatları icraçı tərəfdaş vasitəsilə Azərbaycanın yeddi regionunda namizədlər arasında bələdiyyə seçkiləri üzrə debatlar təşkil etmiş və onları yaymışdır. Amerika Birləşmiş Ştatları seçiciləri onların öz hüquqları ilə bağlı təlimləndirən kütləvi elanların aparılmasmını maliyyələşdirmişdir. Bundan başqa, Amerika Birləşmiş Ştatları vətəndaşları səsverməyə həvəsləndirən çap və yayım reklamlarını maliyyələşdirmişdir. Həmin miəlumatlandırma kampaniyasının məqsədi öz bələdiyyə şurası üzvlərinə ilk dəfə səs vermək və sonra da həmin şura üzvlərinin öz fəaliyyətlərinə görə hesabat vermələrini tələb etmək üçün əsas infrastrukturun olmamasından məyus olanları ruhlandırmaqla yüksək vətəndaş fəallığının təmin edilməsindən ibarət olmuşdur. Nəhayət, Amerika Birləşmiş Ştatları bələdiyyə seçkiləri zamanı eksperimental könüllü səsvermə layihəsini “exit pol”u maliyyələşdirmişdir. Amerika Birləşmiş Ştatları, xüsusi QHT-lərin fəaliyyətinə yardım göstərmək, hökumətlə vətəndaş cəmiyyəti arasında dialoqlara dəstək vermək və hökuməti Amerika Birləşmiş Ştatlarındakı demokratik təcrübələr barədə maarifləndirmək məqsədilə texniki yardımdan, qrantlardan və təcrübə mübadilələrindən istifadə edərək, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına yardım göstərməkdə davam edir. Səfirliyin vəzifəli şəxsləri QHT fəaliyyətlərini dəstəkləmək məqsədilə Azərbaycanın müxtəlif regionlarına səfər etmişlər. Amerika Birləşmiş Ştatlarının ayırdığı qrantlar QHT-lərə regional şəbəkələrin yaradılmasında kömək göstərmək və QHT-lərlə hökumət rəsmiləri arasında dialoqların aparılmasına kömək göstərilməsi də daxil olmaqla miüxtəlif növ layihələri maliyyələşdirmişdir. Həmin layihələr hökumətlə QHT-lər arasında inamsızlığın aradan qaldırılmasında və əksər QHT-lər üçün milli əlaqələrin yaradılmasında mühüm əhəmiyyət kəsb edir. ABŞ rəsmiləri həm də hökuməti onunla QHT-lər arasında əməkdaşlığın yaxşılaşdırılmasına kömək etməyə çağırmışdır. Amerika Birləşmiş Ştatları cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən altı Azərbaycanlını öz bilik və bacarıqlarını gücləndirmək, demokratiyanın əsaslarını dərk etmək məqsədilə Amerika Birləşmiş Ştatlarına göndərmişdir. Noyabrda Amerika Birləşmiş Ştatları parlamentindən olan yüksək səviyyəli rəsmilər və əsas nazirliklər üçün Amerika Birləşmiş Ştatlarındakı demokratik proses barədə daha geniş məlumatlar əldə etmək məqsədilə maarifləndirici təlim mübadiləsini maliyyələşdirmişdir. Bununla yanaşı, Amerika Birləşmiş Ştatlarında siyasəçilər ABŞ-ın icra və qanunvericilik qollarının ayrıca hakimiyyətlərini və biri-birilərinin fəaliyyətləri üzərində səmərəli nəzarət mexanizmləri kimi rolunu dərindən qiymətləndirməyə imkanına müvəffəq olmuşlar. Həmin qrup eyni zamanda müsbət dəyişikliklərin inkişaf etdirilməsində şəffaf idarəetmə prinsiplərinin və vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi zərurətini dərindən öyrənmişdir. Həmin proqram ABŞ-ın maliyyələşdirdiyi gələcək yardım proqramlarının və hökumətlə QHT-lər arasında əməkdaşlığın təməlini gücləndirməyə kömək etmişdir. Agır başlanğıcdan sonra, ABŞ-ın hökumətə yardım göstərməsi yayda bütün Azərbaycanda keçirilmiş, ABŞ tərəfində maliyyələşdirilən yerlərdə çoxsaylı açıq yığıncaqlarına zəmin yaratdı. Bu yığıncaqlar müxtəlif hökumət orqanlarını, yerli hakimiyyət orqanlarını və yerli partiya üzvlərini seçilmiş bələdiyyə şuralarının rolunu müzakirə etməkdə bir araya gətirdi. Sərbəst toplaşma azadlığına dəstək olaraq, ABŞ rəsmiləri Azərbaycan rəsmilərini müxalif partiyalar tərəfindən keçirilən nümayişlərə icazə verməyə davamlı şəkildə çağırmışdır. Amerika Birləşmiş Ştatları siyasi partiyaların hökumətin siyasətlərinə qarşı mütəşəkkillik göstərmək və nümayiş etmək kimi əsas hüquqları barədə fikirlərini hökumətin bütün səviyyələrində səsləndirmişdir. Amerika Birləşmiş Ştatlarının diqqət mərkəzində dayanan başqa bir məqam isə azad və məsuliyyətli medianın inkişaf etdirilməsi olmuşdur. ABŞ rəsmiləri hökuməti dönə-dönə media azadlığına hörmət bəsləməyə və müstəqil ictimai televiziyanın yaradılması məqsədilə qanunvericiliyin qəbul edilməsinə çağırmışdır. ABŞ-ın həyata keçirdiyi maliyyə tədbirləri jurnalistlərin peşə inkişafına və media hüquqlarının müdafiəsinə yardım göstərmişdir. ABŞ proqramları bir neçə müstəqil televiziya və qəzetlərə geniş, davamlı texniki və proqramlaşma dəstəyini təmin etmişdir. Səfirliyin vəzifəli şəxsləri iğtişaşın təşkilində ittiham olunmuş yeddi müxalifət rəhbərinin diqqət mərkəzində olan məhkəməsi də daxil olmaqla, 2003-cü ilin oktyabrında baş vermiş iğtişaşda iştirak etməyə və onun təşkil edilməsinə görə təqsirləndirilən şəxslərin məhkəmə proseslərini yaxından izləmişdir. Katibin Müavini, Katib Köməkçisinin Müavini Kennedi və Səfir yüksək hökumət rəsmilərinə həmin məhkəmələr barədə öz narahatçılığını çatdırmışdır. Amerika Birləşmiş Ştatları həm təkbətək görüşlərdə, həm də ictimaiyyət qarşısında hökuməti həmin məhkəmələri beynəlxalq normalara uyğun şəkildə aparmağa, həm hökuməti, həm də müxalifət partiyalarını milli barışığın əldə olunmasına çalışmağa çağırmışdır. Qanunun aliliyi prinsiplərinə yardım göstərmək məqsədilə ABŞ-ın maliyyələşdirdiyi proqramlar hakimlərin və vəkillərin peşə inkişafını gücləndirməyə, onlara etika kodekslərinin işlənib hazırlanmasında, vəkillər kollegiyasının yenidən qurulmasında və vəkillik imtahanının idarə olunmasında yardımçı olmaq, hüquq fakültələrinin tələbələri üçün proqramları genişləndirmək, qadınlara məhkəmə sistemindən daha geniş şəkildə istifadə etməyə nail olmaq və ümumi ictimaiyyət üçün hüquqi maariflənmə proqramlarını aparmaq istiqamətində fəaliyyət göstərmişdir. Amerika Birləşmiş Ştatları eyni zamanda tədris proqramlarının və yeni tədris metodologiyalarının işlənib hazırlanması itstiqamətində məktəblərlə işi davam etdirmişdir. İlk dəfə olaraq, Amerika Birləşmiş Ştatları Hüquqi Məlumatlar Bazasının yaradılması üçün vəsaitlər ayırdı ki, bu da hüquqşünas peşəsi, o cümlədən, ümumi əhali üçün hüquqi sistemlə bağlı sənədlərdən asanlıqla istifadəni təmin edəcək. Həmin məlumatlar bazası ümumi əhali, habelə hüquq ictimaiyyəti üçün səmərəli mənbə rolunu oynamaqla qanunun aliliyini inkişaf etdirmək üçün əlverişli olan vasitələri genişləndirmiş olacaq. Amerika Birləşmiş Ştatları qanunvericiliyi təkmilləşdirmək, məhkəmə sisteminin peşəkarlığını və peşə vərdişlərini, o cümlədən, prokurorluq və müdafiə tərıfinin peşəkarlığını artırmaq, yeni antikorrupsiya qanunvericiliyini həyata keçirmək məqsədilə proqramlar maliyyələşdirmişdir. ABŞ-ın proqram icraçısı və Rezident Hüquqi Məsləhətçisi Vəkillər haqda Qanunun həyata keçirilməsi və müstəqil vəkillər assosiasiyasının yaradılması məqsədilə hökumət və müstəqil vəkillərlə birgə iş aparılmasını davam etdirmişdir. Amerika Birləşmiş Ştatlarının maliyyələşdirdiyi proqramlar həm də sübutlara əsaslanan tədqiqat mexanizmlərini işləyib hazırlamaq məqsədilə prokurorlarla işləmişdir. Bu, məcburi qaydada boynuna alma hallarının azaldılmasına kömək edə bilərdi. Lihi düzəlişinə müvafiq olaraq, səfirlik ABŞ treninqi və yardımı üçün təklif olunmuş hərbi hissələrin insan hüquqları üzrə müəssisələrarası araşdırılması prosesini əlaqələndirmiş və insan hüquqları treninqi ölkədə aparılmış bütün ABŞ maliyyə dəstəyi ilə həyata keçirilən hərbi döyüş hazırlıqları və əməliyyat təlimləri ilə birləşdirilmişdir. Amerika Birləşmiş Ştatları insan hüquqları treninqini, Bakı-Tbilisi-Ceyhan boru təhlükəsizliyi proqramı ilə birləşdirmək üçün nəzərdə tutulan proqramın hazırlanmasına kömək etmişdir. Azərbaycan dini dözümlülükdə, xüsusən də yəhudi əhalisi ilə bağlı böyük tarixə malikdir. Azərbaycanın tolerantlıq tarixinə baxmayaraq, protestant xristianlar kimi bəzi qruplar dövlətin dini strukturları ilə işləyərkən müəyyən çətinliklərlə üzləşirlərlər. Amerika Birləşmiş Ştatları lüzumsuz müdaxilələr olmadan fəaliyyət göstərmək baxımından bu kimi qrupların hüquqları da daxil olmaqla din azadlığına ehtiram bəslənilməsini təşviq etmək istiqamətində yüksək fəallıq göstərmişdir. ABŞ rəsmiləri din azadlığına hörmət bəslənilməsininin zəruriliyini vurğulamaq məqsədilə hökumət rəsmiləriylə tez-tez görüşlər keçirmişdir. Səfirlik və Vaşinqtondakı rəsmilər yerli dini komitələrlə sıx təmasda olmuş və Bakıdan kənarda olan bəzi icmalarla əlaqə saxlamışdırlar. ABŞ rəsmiləri müstəqil Cümə Məscidi İcmasının ilk dəfə çıxarılmaqla hədələndiyi və sonra isə yayda Bakının mərkəzindəki tarixi məsciddən çıxarıldığı zaman hökumətlə yüksək səviyyəli dialoq kerçirmişdir. ABŞ rəsmiləri mübahisə zamanı və məscidin bağlanmasından sonra Cümə günü günorta ibadətini müşahidə etmişlər. Səfirlik noyabr ayında səfirin özünün təşkil etdiyi iki İftar süfrəsi də daxil olmaqla Amerikada bütün il boyu dini tolerantlıq və İslam barədə fəal olaraq, rəsmi məlumatlar yaymışdır. Hökumətin insan alveri problemi ilə mübarizə aparmaq təşəbbüslərinə baxmayaraq, insan alveri hələ də problem olaraq qalmaqdadır. Amerika Birləşmiş Ştatları hökumət rəsmiləri görüşlər keçirdiyi zaman və qanunsuz mal dövriyyəsinə qarşı QHT-lər tərəfindən aparılan məlumatlandırma kampaniyasını özündə cəmləşdirmiş proqramlar vasitəsilə insan alverinə qarşı mübarizə tədbirləri və səmərəli profilaktik mexanizmlər təklif etmişdir. Amerika Birləşmiş Ştatları insan alverinə qarşı polis bölməsi üçün strategiya və qaydaların işlənib hazırlanmasında hökumətə kömək etmək məqsədilə iki ekspertin fəaliyyətini maliyyələşdirmişdir. Bundan başqa, Amerika Birləşmiş Ştatları beynəlxalq standartlara cavab verən qanunu təmin etmək məqsədilə beynəlxalq təşkilatlar arasında İnsan Alverinə Qarşı Mübarizə qanun layihəsininin ümumi şəkildə nəzərdən keçirilməsini əlaqələndirmişdir. |
| << back to home page | ||