İnsan Alveri: Orta-müddətli Qiymətləndirmə
Hesabatı
Azərbaycan Höküməti tərəfindən insan
alveri ilə əlaqədar il ərzində bəzi addımlar
atılmışdır, lakin qanunvericiliyin qəbulu və
cinayət məcəlləsinə əlavələrin
edilməsinə baxmayaraq, qurbanların qorunması və
qanunların icrasında əsas məqamlar hələ
də yerinə yetirilməyib. 2005-ci ilin oktyabr ayında
Hökümət insan alverinə qarşı qanunvericiliyi
çərçivəsində cinəyət məcəlləsinə
önəmli əlavələr qəbul etmişdir. Bununla
bərabər,
Azərbaycan Höküməti sözügedən qanunun
konkret icrasına hələ də başlamalıdır.
Hökümət hələ də qurbanların müəyyən
edilməsi və təyinatı sistemini yekunlaşdırmamış
və həmçinin, insan alveri ilə mübarizə
üzrə xüsusi polis qurumunun fəaliyyətini təkmilləşdirmək
üçün əhəmiyyətli addımlar atmamışdır.
Azərbaycan Höküməti insan alveri ilə mübarizə
üzrə xüsusi polis qurumunun işini tənzimləmək
üçün yaradılan prosedur qaydalarının istifadəsi
və ya icrasını hələ də tam həyata
keçirməlidir. Əlavə olaraq, xüsusi polis qurumunda
çalışacaq əməkdaşların beynəlxalq
standartlara uyğun yoxlanılması və təlimləndirilməsi
üçün standart və şəffaf prosedurlar müəmmalı
qalmaqdadır. Azərbaycandan olan qurban qadınlarının
Amerika Birləşmiş Ştatlarına satılmasını
təşkil edən üç Azərbaycanlı kişinin
yaratdığı insan alveri dairəsinin istintaqında
Daxili İşlər Nazirliyi fəal şəkildə
əməkdaşlıq nümayiş etdirmişdir. İnsan
alveri qurbanlarını qəbul edən və onlara müvafiq
yardımın göstərilməsi məqsədilə
yaradılan və hökümət tərəfindən
xüsusi olaraq bu məqsəd üçün ayrılan
sığınacağın yekun təmir işlərinin
mart ayının 1-nə kimi yekunlaşdırılması
qeyri-mümkün hesab edilir. Həmçinin, sığınacaq
binasının insan alveri ilə mübarizə üzrə
xüsusi polis qurumunun yaxınlığında yerləşdirilməsi
qurbanların məxfiliyi və təhlükəsizliyi
ilə əlaqədar narahatçılığı artırır.
Və nəhayət, insan alveri üzrə yeni qanununda
insan alverinin qurbanı anlayışının məhdud
açıqlanması və beləliklə bu problem haqda
hökümətdə yetərincə məlumatın
olmaması ehtimalı ciddi narahatçılıq doğurur.
Həmçinin, həmin açıqlama daha böyük
sayda insan alverinin potensial qurbanlarını əhata etmir
və Azərbaycandakı insan alveri qurbanlarının
üzləşdiyi sosial qınağın yumşaldılmasına
yönəldilən səyləri əngəlləməyə
qadirdir.