Azərbaycan (Sıra 2)

Insan Alveri Hesabati 2007


Azərbaycan əsasən seksual istismar və məcburi əmək üçün kişi, qadın və uşaq alverinin mənbə və tranzit ölkəsidir. Azərbaycanlı qadınlar Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə seksual istismar üçün, kişilər isə Rusiyaya məcburi əmək üçün satılır. Kişilər və qadınlar həmçinin İran , Pakistan və Hindistana seksual istismar və məcburi əmək üçün satılır. Azərbaycanlı uşaqları Türkiyəyə seksual istismar məqsədilə və Rusiyaya məcburi əmək üçün satırlar. Ölkə daxilində baş verən insan alveri, həmçinin, qadınların seksual istismar, kişilərin tikinti sənayəsində məcburi əmək və uşaqların dilənçiliyə cəlb edilməsi məqsədilə satıldıqları haqda məlumatlar daxil olmaqdadır. Azərbaycan Özbəkistan, Qırğızıstan və Moldovadan Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə seksual istismar məqsədilə satılan qurbanlar üçün tranzit ölkəsidir.

Azərbaycan hökumətinin insan alveri probleminin aradan qaldırılması üçün göstərdiyi səylər minimal standartlara tam şəkildə uyğun gəlmir, bununla belə, hökümət buna nail olmaq üçün əhəmiyyətli səylər göstməkdədir.
Hökumət 2006-cı ilin oktyabr ayında insan alveri qurbanları üçün sığınacaq açıb onu bütövlüklə maliyələşdirmişdir və hüquq-mühafizə orqanlarının əməkdaşları üçün istintaq aparması və insan alveri qurbanlarının müəyyən edilməsi sahəsində ətraflı təlimlər keçirmişdir. Hökumət 2006-cı ildə insan alveri cinayətini törətmiş şəxsləri istintaqa cəlb edərək, onların ittiham və məhkum olunması istiqamətində mühüm addımlar atmışdır. Bununla bərabər hökumət İnsan Alverinə Qarşı Mübarizə İdarəsini Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətlərə Qarşı Mübarizə İdarəsinin nəzdindən çıxararaq ayrıca yeni bir idarəyə çevirmişdir. Hökumət insan alveri qurbanları üçün ölkəni bütövlüklə əhatə edən istinad mexanizmini inkişaf etdirərək həyata keçirməli və insan alveri qurbanları üçün ölkə ərazisini əhatə edən qaynar xəttin fəaliyyət göstərməsini təmin etməlidir. Hökumət insan alverinin qarşısını almaq, həmçinin insan alveri cinayətinində əlbir olan dövlət məmurlarının cinayətlərinin istintaqını apararaq, onları təqib və məhkum etmək səylərini artırmalıdır.

Hüquqi Təqib

Azərbaycan Höküməti hüquq-mühafizə səylərini təkmilləşdirmişdir. 2005-ci ildə qəbul olunan İnsan Alverinə Qarşı Mübarizə Haqqında Azərbaycan Respublikasının Qanunu həm seksual istismar, həm də məcburi əməyə cəlb etmək məqsədi ilə insan alveri cinayəti üzrə 5-15 ilə qədər həbs cəzasını nəzərdə tutur və kifayət qədər sərt olaraq seksual zorakılıq kimi başqa növ ağır cinayətlərin cəzasına uyğun gəlir. Hökumət 2006-ci ildə ilk dəfə olaraq yeni İnsan Alverinə Qarşı Mübarizə Haqqında Azərbaycan Respublikasının Qanunu əsasında insan alveri cinayətini törədən şəxsləri təqib və məhkum etmişdir. Hökumət 2005-ci ildən fərqli olaraq (160), 2006-cı il ərzində insan alveri ilə bağlı 192 cinayyət işi açmışdır. Azərbaycanda ötən ilin göstəricisindən fərqli olaraq (153) hökumət 164 nəfəri insan alveri cinayəti törətmiş şəxsləri mühakimə etmişdir. 2006-ci ildə 155 insan alverçisi məhkum olunmuşdur, bu göstərici ötən ilin göstəricisindən yüksəkdir (93). Məhkum olunmuş 155 nəfərdən 47-si azadlıqdan məhrum olunmuşdur. Qalan 107 nəfərlə bağlı müxtəlif növ ictimai işlər və ya inzibati cəza, cərimə və azadlıqdan məhrum etmənin sınaq müddəti ilə əvəz edilməsi kimi cəza növləri tətbiq edilmişdir. İnsan Alverinə Qarşı Xüsusi Polis Qrupunun fəaliyyətində olan inkişafa baxmayaraq, hökumət qrupunun insan alverinə qarşı daha da fəal istintaq prosesinə cəlb olunmasını təmin etməlidir. İnsan alverinə imkan yaradan məmur və hüquq-mühafizə orqanları əməkdaşlarının rüşvət alması haqda hesabatlar daxil olmaqda davam etmişdir.

Müdafiə

Azərbaycan hökuməti insan alveri qurbanlarına kifayət qədər müdafiə və dəstək vermişdir. 2006-cı ilin oktyabr ayında hökumət insan alveri qurbanları üçün uzun müddət gözlənilən siğınacağı yaratmışdır. Bu sığınacaq qurbanlara qısa-müddətli qayğı, tibbi və psixoloji yardım xidmətilə təmin etmək məqsədilə açılmışdır.
Müəyyən edilmiş qurbanların sığınacağa göndərilməsinə baxmayaraq, insan alveri qurbanlarının müəyyən ediməsi mexanizminin və insan alveri qurbanları üçün ölkə ərazisində fəaliyyət göstərən qaynar xəttin olmaması prosesə əngəl yaratmışdır.
2006-cı ilin oktyabr ayından ilin sonuna qədər ancaq 4 qurban müəyyən edilmişdir. Hökumət insan alveri qurbanlarının formal müəyyən edilmə mexanizmini tərtib edib həyata keçirməlidir, həmçının ölkə ərazisini əhatə edən pulsuz qaynar xətti yaratmalıdır. Daxili İşlər Nazirliyi 2006-cı il ərzində qeyri-hökümət təşkilatlarının, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Ədliyyə Nazirliyinin Hüquqi Tədris Mərkəzi və Respublika Baş Prokurorluğunun Tədris Mərkəzində müvafiq qurumların əməkdaşları üçün insan alveri qurbanlarının müəyyən edilməsi və dəstəyinə həsr olunmuş təlim kursları təşkil etmişdir. Qurbanların müvəqqəti yaşayış üçün icazə ərizəsi vermək hüququ onlara bir il ərzində ölkədə qalmaq imkanı yaradir. Hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edən qurbanlar məhkəmə işinin başa çatmasını Respublika ərazisində gözləyə bilərlər. Müəyyən edilmiş uşaq alveri qurbanlarına müvafiq kömək və kifayət qədər qayğının olmaması ehtimalı olunur.

Preventiv tədbirlər

Azərbaycanın insan alverinə qarşı yönəldilmiş səyləri məhdud olaraq qalmışdır. Hökumət mütəmadi olaraq insan alverinə qarşı səylərinin monitorinqini keçirir və nəticələri ictimaiyyətə çatdırır. 2006-cı ildə hökumət insan alveri ilə mübarizəyə həsr olunmuş broşurları çap etdirib paylamışdır.2006-cı ildə Təhsil Nazirliyi məktəblərdə keçirilən qeyri hökumət təşkilatlarının məlumatlandırma kampaniyalarına dəstək vermişdir.

blue line
  << back to home page