|
Azərbaycan
İcra Biznes İnkişafı Missiyası Vaşinqtona
yola düşmüşdür. İkili əlaqələrin
10-cu ildönümünü qeyd etmək üçün
ABŞ səfirliyi tərəfindən planlaşdırılan
fəal,
işgüzar il üçün təşəbbüslər
Bakı
5 mart, 2002-ci il
Azərbaycanın icra rəhbərliyinin rəsmilərindən
ibarət nümayəndə heyəti Azərbaycan
İcra Biznes İnkişafı Missiyasının
işində iştirak etmək üçün bu
gün Vaşinqtona yola düşmüşdür.
İT (informasiya texnologiyası), telekommunnikasiya,
səhiyyə, tikinti, ərzaq emalı və qablaşdırılması
sahələri üzrə aparıcı Azərbaycan
şirkətləri nümayəndələrindən
ibarət heyət Vaşinqtonda Amerika-Azərbaycan
Ticarət palatasının illik konfransında iştirak
edəcəkdir. ABŞ-ın Ticarət Departamenti
həmçinin potensial ABŞ partnyorları ilə
təkbətək görüşlər təşkil
edəcəkdir. ABŞ Ticarət və İnkişaf
Agentliyi səfər üçün qrant ayırmaq
yolu ilə Azərbaycan üçün ayrılan
3 milyon dollar portfolio hesabına bu missiyanı dəstəkləmişdir.
«907 Əlavədən irəli gələn məhdudiyyətlərin
aradan qaldırılması ABŞ-Azərbaycan əlaqələrində
yeni, müsbət səhifə açmışdır.
Bizim münasibətlərimizin mühüm hissələrindən
biri – Amerika və Azərbaycan şirkətləri
üçün mənfəətli işgüzar
əlaqələr yaratmaq üçün biznesin-bizneslə
ünsiyyətini yaratmaqdır,» deyə səfir
Ross Vilson qeyd etmişdir. «Amerika-Azərbaycan ticarət
palatasının Vaşinqtonda keçirilən illik
konfransı bu nüfuzlu nümayəndə heyətinin
perspektiv Amerikalı partnyorlarla görüşməsi
üçün əla imkandır. ABŞ-ın Ticarət
Departamenti həm Vaşinqtonda, həm də ABŞ
səfirliyi Ticarət xidməti vasitəsilə
Bakıda işgüzar əməkdaşlıq üçün
sahələri üzə çıxaracaq, ABŞ
və Azərbaycan şirkətləri arasında
işin uğurlu olması naminə səyini əsirgəməyəcəkdir.»
ABŞ-Azərbaycan əlaqələrinin 10-cu ildönümü
ilə əlaqədar ABŞ səfirliyi Ticarət
xidməti 2002-ci ildə silsilə işgüzar
inkişaf təşəbbüsləri həyata
keçirəcəkdir. Bu tədbirlərə Amerikanın
malları və xidmətlərindən ibarət
kataloqun əsas ticarət sərgilərində,
o cümlədən InterFood (aprel), BakuTel (sentyabr)
and BakuBuild (oktyabr) nümayiş etdirilməsi daxildir.
ABŞ səfirliyi kommersiya xidməti eləcə
də əsas işgüzar partnyorlarla, Azərbaycanın
ticarət və sənaye palatası ilə birgə
işləyərək, Azərbaycanın müxtəlif
rayonlarında Amerika-Azərbaycan əməkdaşlığının
yeni sahələrini üzə çıxarmağa
çalışacaqdır. May ayında ABŞ Ticarət
və İnkişaf agentliyi İstanbulda «İstiqamət
Avrasiya: Turizm üçün infrastruktur yaradarkən»
mövzusunda konfrans keçirəcəkdir. Konfrans
Azərbaycanda turizm və infrastruktur məsələlərinə
həsr olunacaqdır.
İyun ayında ABŞ səfirliyi ticarət xilməti
Xəzər neft və qaz sərgisində (iyun 4-7)
ABŞ-ın pavilyonunu təşkil edəcəkdir
ki, burada Amerikanın Azərbaycan ticarət palatası
və Amerika-Azərbaycan Ticarət palatası təmsil
olunacaqlar. Sərgi müddətində həmçinin
Xəzərda maliyyə seminarı da keçiriləcəkdir
ki, məqsəd ABŞ-ın Exim Bank, Xarici özəl
sərmayə korporasiyası (Overseas Private Investment
Corporation), və Ticarət və İnkişaf Akentliyindən
(Trade and Development Agency) layihələrin maliyyələşdirilməsi
imkanları barədə ABŞ və Azərbaycan
şirkətləri məlumatlandırılacaqlar.
Bu yay elektron-biznes təşəbbüsü - BuyUSA.com
start götürəcəkdir ki, bu da ABŞ və
Azərbaycan şirkətləri arasında on-layn
biznes əlaqələrini mümkün edəcəkdir.
«Amerika şirkətləri Azərbaycanın enerji
sektoruna külli miqyasda sərmayə yatırmışlar.
Mən hesab edirəm ki, qeyri-neft və qaz sektorunda
da ABŞ şirkətlərinin marağına səbəb
olacaq xeyli imkan vardır», səfir Vilson demişdir.
«İqtisadi islahatlar, o cümlədən özəlləşdirmə,
qanunun aliliyinin daha da səmərəli təmin
olunması, kommersiya və inzibati funksiyaların
bir-birindən ayrılması və mükəmməl
vergi idarəçiliyi və yığımı
bundan sonra da ölkənin ehtiyac duyduğu investisiyanın
buraya axınını təmin etmiş olacaqdır.
Amerika Birləşmiş Ştatları Azərbaycan
hökumətinin iqtisadi islahatlar sahəsindəki
səylərini dəstəkləyir və Ticarət
və İnkişaf akentliyi bu yaxınlarda Azərbaycan
hökumətinə DTT-ə qoşulmaq sahəsində
Müşavir təklif edəcəkdir. ABŞ şirkətləri
ilə iş birliyi barədə əlavə məlumat
almaq üçün ABŞ səfirliyinin ticarət
xidməti ilə əlaqə saxlaya bilərsiniz.
Fax: 98-61-17, E-mail: Baku.Office.Box@mail.doc.gov
və ya www.buyusa.gov/azerbaijan
|