Press Release
83 Azadliq Prospekti
370007 Baku, Azerbaijan
Phone:+ (99412) 98 03 35
Fax:+ (99412) 98 93 12

ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyi Azərbaycana Kənd Təsərrüfatı
Zəmanəti şəklində 10 milyon ABŞ dolları ayırıb; Rəqabət xarakterli
maliyələşdirmə ABŞ-Azərbayan biznes əməkdaşlığını dəstəkləyəcək

15 mart, 2002-ci il

Martın 12, 2002-ci ildə Amerika Birləşmiş Ştatları Kənd Təsərrüfatı Nazirliyi ixrac krediti zəmanəti şəklində, ABŞ kənd təsərrüfatı mallarının Azərbaycana Əmtəə Kredit Korporasiyası İxrac Kreditinə Zəmanət (Commodity Credit Corporation Export Credit Guarantee Program) (GSM-102) və Əmtəə Kredit Korporasiyası Təminatçı Kreditinə Zəmanət Proqramları (CCC Supplier Credit Guarantee Program) çərçivəsində ixrac edilməsi məqsədilə hər proqram üzrə 5 milyon ABŞ dollarının (cəmi 10 milyon ABŞ dolları) ayrılması haqqında qərar qəbul edib. Hər iki proqram ABŞ mallarının idxalının kommersiya maliyələşdirilməsini təmin edir və ABŞ ixracatçılarını potensial Azərbaycan partnyorları ilə yeni kənd təsərrüfatı ticarəti əlaqələri yaratmağa sövq edir. Azərbaycan Beynəlxalq Bankı ABŞ Kənd Təssərrüfatı Nazirliyinin bu proqramları üçün akkreditə olunmuş yeganə bankdır.

«Bu kimi kənd təsərrüfatı kreditləri ABŞ-ın ikitərəfli bizness əlaqələrinin, xüsusən də Azərbaycanın zəngin kənd təsərüüfatı sektoru üzrə əlaqələrin inkişaf etdirilməsini dəstəkləməsinin bariz nümunəsidir», səfir Ros Uilson vurğulayıb. O deyib: «GSM-102 və Təminatçı Kreditinə Zəmanət Proqramı gələcəkdə kənd təsərrüfatı əməliyyatlarının həyata keçirilməsi üçün rəqabət xarakterli maliyələşdirmə imkanları yaradacaq və Azərbaycan iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən məhz bu sektor üzrə ABŞ-Azərbaycan biznes tərəfdaşlığının inkişafını təmin edəcəkdir. 907-ci əlavənin ləğv edilməsi ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcını qoyub. Özələşdirmə, təkmiləşdirilmiş vergi sistemi, eləcə də güclü və müstəqil məhkəmə sistemində aparılmış islahatlar da daxil olmaqla, iqtisadi islahatlar bu ölkədə ABŞ-ın ticarət və investisiya əlaqələrinin genişləndirilməsini təmin edəcək».

GSM-102 bir il müddətinə nəzərdə tutulmuş əmtəənin dəyərinin 98 faizinin əhatə olunmasına zəmanət verir. Proqram əsasən Amerika Birləşmiş Ştatlarında təsdiq edilmiş bankların kredit məktubları vasitəsilə, eləcə də idxalçı ölkə tərəfindən idarə edilir. Azərbaycan Beynəlxalq Bankının bu proqramda iştirakı təsdiq edilmişdir. 2001-ci maliyə ilində GSM-102 vasitəsilə əllidən çox ölkənin idxalçıları üçün ABŞ kənd təsərrüfatı mallarında 3 milyard ABŞ dollarının maliyələşdirilməsi mümkün olub.

Təminatçı Kredit Proqramı idxalçı ilə ixracatçı arasında razılaşdırılmış və altı ay müddətində həyata keçiriləcək əməliyyatların 65 faizini əhatə edən sadə veksellər vasitəsilə idarə olunur. Bu proqram nisbətən təzədir və keçən il ərzində ABŞ kənd təsərrüfatı mallarında 116 milyon ABŞ dollarını maliyələşdirib.

Bu proqram çərçivəsində buğda, ət, toyuq əti və s. mallar da daxil olmaqla bir sıra digər ABŞ malları maliyələşdirilə bilər. Bu proqram çərçivəsində maliyələşdirilməsi mümkün olan malların siyahısı və CCC proqramları haqqında geniş məlumatı www.fas.usda.gov və ya www.fasturkey.org. ünvanlı vebsaytlarda əldə edə bilərsiniz.

Digər ABŞ firmaları, o cümlədən ABŞ kənd təsərrüfatı təmsilçiləri ilə əməkdaşlığın yaradılması ilə bağlı müvafiq məlumatlar almaq üçün ABŞ Kommersiya Konsulu Maykl Ləli ilə Baku.Office.Box@mail.doc.gov elektron poçtu və ya 994 12 98 61 17 nömrəli faks vasitəsilə əlaqə saxlaya bilərsiniz. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin digər proqram və xidmətləri barədə geniş məlumat almaq üçün ABŞ-ın Ankara, Türkiyədə oturan Kənd Təsərrüfatı üzrə Regional Konsulu xanım Syuzan Şeyslə 90 312 455-5555 nömrəli telefonla və ya 2406 nömrəli daxili telefonla, eləcə də agankara@fas.usda.gov elektron poçtu vasitəsilə əlaqə saxlaya bilərsiniz.