Press Release
83 Azadliq Prospekti
370007 Baku, Azerbaijan
Phone:+ (99412) 98 03 35
Fax:+ (99412) 98 93 12

BuyUSA.com xidməti Azərbaycanda başlandı
ABŞ və Azərbaycan şirəktləri üçün yeni elektron biznes məkanı

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin Kommersiya xidməti ABŞ və Azərbaycan şirəktləri arasında işgüzar münasibətlərin inkişaf etdirilməsi məqsədilə yeni BuyUSA.com xidmət vasitəsinin təbiqinə başladı.

ABŞ Kommersiya Departamenti ilə Amerika sənayesinin aparıcı şirkəti olan İBM şirkətinin birgə səyylərinin nəticəsi olan BuyUSA.com Azərbaycan şirkətlərinə ABŞ-ın nüfuzlu və etibarlı təchizatçıları ilə biznes əlaqələri qurmağ imkanı verir. İnternetin, ABŞ Kommersiya Departamentinin və dünyanın əksər ölkələrində fəaliyyət göstərən ABŞ səfirliklərinin geniş imkanlarını özündə birləşdirən bu unikal onlayn bazar xidməti Azərbaycan şirkətlərinə ABŞ malları və xidmətlərinin axtarılmasında yardım göstərəcək. BuyUSA.com-un individual konsaltinq xidməti, ABŞ təchizatçıları adından satış təklifləri, biznesin uyğunlaşdırılması xidməti, bazar axtarışları və digər dinamik xüsusiyyətləri Azərbaycan şirkətlərinə uyğun olan biznes partnyorlarının tapılması və keyifiyyətli ABŞ malları və xidmətlərinin əldə edilməsini təmin edəcək. BuyUSA.com-da qeydiyyatdan keçən hər bir yerli şirkət aşağıdakı xidmətlərdən istifadə edə bilər:

* Pulsuz qeydiyyat
* ABŞ-ın təcrübəli bizness partnyorlarına çıxış
* ABŞ-ın onlayn kataloqları və qiymət kağızlarına çıxış
* Yerli şirəktin onlayn reklam edilməsi imkanı
* Böyük iş imkanlarından xəbər verən avtomatlaşdırılmış ismarıc təbili
* Ticarət məsləhətləşmələri
* Web vasitələri
* ABŞ kommersiya məlumatları və ticarət göstəricilərinin siyahısı

ABŞ-ın Azərbaycandakı səfiri Ros Ulsonun sözlərinə görə, «BuyUSA.com xidmətinin Azərbaycanda tətbiq edilməsi Amerkanın aparıcı şirkətləri və XXI əsrin texnologiyasını Azərbaycan bazarının imkanları ilə bir araya gətirir. BuyUSA.com Azərbaycan şirkətlərinə bu ölkədə bizneslə məşğul olmaqda maraqlı olan Amerika şirkətlərilə tez bir zamanda etibarlı və sərfəli qiymətlərlə birbaşa əlaqələr yaratmaq imkanı verir. Prezident Əliyevin bir qədər öncə iqtisadi islahatlarla bağlı bəyanatı bütövlükdə həyata keçirilərsə, Azərbaycanda özəl biznesin indən sonrakı inkişafına şərait yaranacaq, BuyUSA.com, Amerika və Azərbaycan şirkətləri üçün yeni biznes imkanları açılacaqdır».

ABŞ-la Azərbaycan arasında biznesin inkişafını dəstəkləyən BuyUSA.com və digər xidmətlərə dair geniş məlumatı Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin Kommersiya xidmətinin azərbaycan dillində olan www.buyusa.gov/azerbaijan ünvanlı veb saytında əldə edə bilərsiz. Azərbaycan şirkətlərnin BuyUSA.com-da qeydiyyata alınmasına dair azərbaycan dilində instruksiya yuxarıda qeyd olunmuş vebsaytda açıqlanmışdır. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin fəaliyyəti haqqında məlumatı www.usembassybaku.org ınvanlı veb saytda əldə edə bilərsiz.