Press Release
83 Azadliq Prospekti
370007 Baku, Azerbaijan
Phone:+ (99412) 98 03 35
Fax:+ (99412) 98 93 12

Terrorizm Əleyhinə/Boru Kəmərinin Təhlükəsizliyi üzrə seminar

Dekabrın 16-17-də ABŞ höküməti tərəfindən Azərbaycanın hökümət və dövlət rəsmiləri üçün Terrorizm Əleyhinə/Boru Kəmərinin Təhlükəsizliyi üzrə Əsas Siyasət mövzusunda seminar keçirilmişdir.

Dövlət Departamentinin Anti-Terorizm Siyasəti, Planlaşdırma, Proqramlar və İctimai Diplomatiya sahələri üzrə ələqələndiricisinin müavini x-m Stefani Kinni seminarı təşkil edən ABŞ hökümətinin 12 nəfərdən ibarət nümayəndə heyətinə rəhbərlik etmişdir.

Səfər zamanı x-m Kinni həmçinin Azərbaycan rəsmiləri ilə terrorizm əleyhinə iki tərəfli müzakirələr keçirmişdir.

Dekabırın 17-20-də ABŞ hökümətinin nümayəndə heyəti boru kəmərinin təhlükəsizliyinə birbaşa cavabdeh olan Azərbaycan rəsmiləri üçün Terrorizm Əleyhinə Yardım Proqramı çərçivəsində Boru Kəmərinin Təhlükəsizliyinin Təmin Edilməsi üzrə Əsas Əməliyyat Tədbirləri mövzusunda təlim kursu keçirdi.