|
Prezidentin
Ramazan Bayramı Münasibətilə Məktubu
10 noyabr, 2003
Amerika Birləşmiş Ştatlarında və dünyada
yaşayan müqəddəs Ramazan ayına riayət
edən müsəlmanlara öz salamlarımı catdırıram.
Məhəmməd Peyğəmbərə Qur-a-ni
Kərimin nazil olunmasını qeyd edən Ramazan ayı
İslam dinində ən müqəddəs ay sayılır.
Mənəvi paklıq ayı olan Ramazan müsəlmanlara
imanları barədə fikirlərinin çəmləşdirmək
və Allahın buyurduqlarını əməl etmək
ücün imkan yaradır. Orüç saxlamaqla, dərindən
düşünməklə, namaz qılmaqla, xeyriyyə
işlərini görməklə, dünya müsəlmanları
həyatlarını doğruluq, vəhdət və
mərhəmətlə kecirməsinə dair fikirlərini
yeniləşdirirlər.
Tariximiz boyu müxtəlif dinlərə məxsus
olan xalqlar bizim millətimizin xasiyyətini formalaşdırıblar.
Islam sülhsevər bir dindir və İslamı təbliq
edən şəxslər Millətimizi və bütün
dünyanı zənginləşdiriblər. Amerikalılar
kimi, biz din azadlığımızı qoruyub saxlayırıq
və bütün dinlərin nümayəndələrini
qəbul edirik. Azadlıq və qarşılıqlı
anlaşmanı birgə işləməklə inkişaf
etdirərək, biz ümid və imkanlara daha parlaq
gələçək yaradırıq.
Laura mənim ən xoş arzularıma qoşulur.
Ramazan bayramınız mübarək olsun.
ÇORÇ BUŞ
|