Press Release
83 Azadliq Prospekti
370007 Baku, Azerbaijan
Phone:+ (99412) 98 03 35
Fax:+ (99412) 98 93 12

ABŞ AVROPA KOMANDANLIĞININ ALİ MƏŞVƏRƏTCİ QRUPUNUN AZƏRBAYÇANA SƏFƏRİ



Bakı, mart 11, 2004

ABŞ Avropa Komandanlığının Ali Məşvərətci qrupu martın 12-13-ü Azərbayçana səfər edəçəkdir. ABŞ-ın yüksək rütbəli hökumət və hərbi nümayəndələrindən ibarət nümayəndə heyətinə ABŞ-ın Avropa Komandanlığının Komandan müavini general Carlz «Cak» Vold rəhbərlik edir. Nümayəndə heyətinə eləçə də ABŞ-ın Avropadakı Dəniz Qüvvələrinin Komandanı və Şimali Avropada Alyans qüvvələrinin Ali Baş Komandanı admiral Qreqori Ç.Çonson, səfir Kennes L. Braun, səfir Hərriyet Elam-Tomas, səfir Lloyd Hənd, səfir Robert Hanter, xanım Çəklin Devis və prof. Hardən Ullman daxildir. Səfər müddətində Ali Məşvərət qrupu hökumət rəsmiləri ilə görüşərək, regional məsələlər və ABŞ-Azərbayçan münasibətlərini müzakirə edəçəklər.

ABŞ Avropa Komandanlığı tərəfindən 2003-çü ilin oktyabrında əsası qoyulan Ali Məşvərət Qrupu (AMQ) beynəlxalq siyasət, iqtisadiyyat, təhlükəsizlik və ələlxüsus da NATO-nun ABŞ və Avropada tranformasiyası məsələsində məsləhət, müzakirə və fikir mübadiləsi ücün forum rolunu oynayır. AMQ ABŞ Avropa Komandanlığının Ali Baş Komandanına mütəmadi olaraq məsləhət və istiqamət verir, regional təhlükəsizlik məsələlərində yardım edir.