|
Abş Səfirliyi
2005-2006-Ci İllər Üçün Hamfri Təqaüd
Proqramını Elan Edir
17 iyun, 2004
Amerika Birləşmiş
Ştatlarının Azərbaycandakı Səfirliyi
2005-2006-ci illər üçün Hamfri Təqaüd
proqramını məmnuniyyətlə elan edir. Fulbrayt
Təqaüd Proqramı ABŞ Dövlət Departamentinin
maliyyələşdirdiyi yardım proqramıdır
və Azərbaycan daxil olmaqla dünyanın bir çox
ölkələrindən orta təcrübəli
peşəkarlara Amerika Birləşmiş Ştatlarına
gedərək bir illik təhsil və təcrübə
almaq imkanı verir.
Bu proqram ABŞ və başqa ölkələrin
vətəndaşları arasında uzun müddətli
məhsuldar əməkdaşlıq əlaqələrin
əsasını qoymağa şərait yaradır
və dünyada bilik mübadiləsini və qarşılıqlı
anlaşmanı inkişaf etdirir. Təqaüdlər
müsabiqə yolu ilə aşağıdakı
sahələrdə dövlət və özəl
sektorda işləyən namizədlərə verilir.
- Təbii resurslar və
ətraf mühit menecmenti
- İctimai siyasətin
təhlili və idarəedilməsi ·
- Hüquq və inisan haqqları
- Maliyyə və bank işi
- İqtisadi inkişaf
- Kənd təsərrüfatının
inkişafı və iqtisadiyyatı
- Kadrlar menecmenti
- Şəhər və
region planlaşdırması
- Səhiyyə məsələlri
və menecment
- Texnalogiya məsələlri
və menecment
- Təhsil planlaşması
- Kommunikasiya və jurnalistika
- Narkotik vasitələrdən
istifadənin epidemiologiyası, öyrənilməsi,
müalicəsi və qarşısının alınması
Ərizələr hazırda rəsmi iş saatlarında
83 Azadlıq prospekti, Bakı 370007 ünvanda yerləşən
ABŞ səfirliyində qəbul olunur və ABŞ
səfirliyinin http://www.usembassybaku.org/usis/culture/2005HumphreyAPP.doc
ünvanlı internet səhifəsindən əldə
etmək olar. Suallarınızı çərşənbə
günü, 15 sentyabr, 2004 saat 5:00-dər BakuEducation@state.gov
elektron poçtuna göndərə bilərsiniz.
|