Press Release
83 Azadliq Prospekti
370007 Baku, Azerbaijan
Phone:+ (99412) 98 03 35
Fax:+ (99412) 98 93 12

Səfir Naxçıvana Səfər Edəcək

 

2 iyul, 2004

Səfir Rino Harniş iyulun 6-7-i Naxçıvana səfər edəcəkdir. Səfir Naxçıvan əhalisi ilə görüşərək, ABŞ hökumətinin Azərbaycan üçün proqramlarının bölgədə demokratiya, sivil cəmiyyət və iqtisadi inkişafa necə xidmət etməsi ilə yerində tanış olacaqdır. Səfir icra və munisipial hakimiyyət liderləri, QHT-lər və mətbuat nümayəndələri ilə görüşəcəkdir. O eləcə də Ordubadda yeni Parlament Seçki ofisinin açılışında iştirak edəcək və Məktəblərarası Əlaqələr proqramı çərçivəsində fəaliyyət göstərən İnternet mərkəzi və digər yardım poqramlarının həyata keçirildiyi yerlərə baş çəkəcəkdir.