|
ATƏT-in
Minsk Qrupunun həmsədrləri yulun
15-16-ı regional məsləhətləşmələr
keçirmək üçün Bakıda olacaqlar.
15 Iyul, 2004
ATƏT-in Minsk
Qrupunun həmsədrləri ABŞ səfiri Stiven
Mənn, Fransalı səfir Anri Jəklin və Rusiyalı
səfir Yuri Merzlyakov iyulun 15-16-ı regional məsləhətləşmələr
keçirmək üçün Bakıda olacaqlar.
Cümə günü, iyulun 16-ı saat 6-da həmsədrlər
Beynəlxalq Mətbuat Mərkəzində (Fikrət
Əmirov küçəsi 1) jurnalistlər üçün
mətbuat konfransı keçirəcəklər.
Mətbuat konfransında iştirak etmək istəyən
jurnalistlər ABŞ səfirliyinin ictimaiyyətlə
əlaqələr şöbəsi ilə əlaqə
saxlamalıdırlar. Televiziya jurnalistləri Beynəlxalq
Mətbuat Mərkəzinə saat 5:30, qəzet jurnalistləri
5:45-ə dəvət olunurlar.
|