|
Amerika Birləşmiş
Ştatlarının QİÇS Yardım Planı
Səfir Rino Harniş
30 noyabr 2004 il
Dekabrın 1 beynəlxalq
QİÇS-lə mübarizə günüdür.
Prezident Buş tərəfindən təklif olunmuş
QİÇS-ə qarşı Yardım Planı vasitəsilə
Amerika xalqı həmin mübarizədə aparıçı
rol oynayır və bu mübarizə üçün
analoqu olmayan bir məbləq - 15 milyard ABŞ dolları
ayırmışdır. Bütün dünya içtimaiyyəti
bu problemi yeni inadla qəbul etməlidir.
Sözügedən plan beynəlxalq səhiyyə
təşəbbüsü kimi bir xəstəliyə
qarşı dünya tarixində içtimaiyyət
tərəfindən təklif olunmuş ən böyük
öhdəlikdir. Hal-hazırda mövcud olan təcrübələrdən
təcili sürətdə istifadə edərək
biz xəstəliyə qarşı mübarizə
aparırıq və insanların inamını artırırıq.
Bu il Amerika xalqı mubarizəyə digər donor
hökümətlərinin toplam köçürdüyü
məbləğdən artıq olan $2.4 milyard vəsait
sərf edib. Qarşıdakı ildə daha çox
vəsaitin köçürülməsi planlaşdırılır.
Amerika öz tərəfdaşları ilə bərabər
həm ölkə daxilində insanların ömürlərinin
uzaldılması uğrunda iş aparır, həmçinin
də QİÇS-in əziyyətlərini azaltmaq
üçün milli strategiyaların hazırlanmasına
dəstək göstərir.
İkitərəfli ABŞ proqramları dünyanın
100-dən artıq ölkəsində xəstəliklə
mübarizəyə yönəldilib. Bizim strategiyamız
dünya boyu mövcud olan infeksiyaların yarısının
mənbəyi olan Afrika, Karib adaları və Asiyadakı
15 ölkəni əhatə edir.
Bu il beynəlxalq QİÇS-lə mübarizə
günündə əsas diqqət qadın və
qızların problemlərinə ayrılır.
ABŞ qadınların QİÇS-dən qorunma,
müalicə və kömək imkanlarından faydalanmasını
təmin edir. Məsələn, anadan uşağa
virusun keçirilməsinə, seksual zorlama və
istismara qarşı yönəldilmiş və kişi
və oğlanların qadınlarla düzgün
münasibət qurulmasına kömək edən
proqramlar mövcuddur.
Beynəlxalq əməkdaşlıq da ABŞ strategiyası
üçün mühüm bir məsələdir.
2001-ci ildə ABŞ-ın dəstəyi ilə
QİÇS, tuberkuloz və malyariya kimi xəstəliklərlə
mübarizə üçün Qlobal Fond yaradılmışdır.
Amerika vətəndaşları bu fondun həm yaradılması,
həmçinin də bu gün fondun fəaliyyəti
üçün öz vəsaitlərini köçürərək
donor ölkələr arasında birinci yeri tuturlar.
ABŞ bu Fond vasitəsilə digər ölkələrdə
də bu vəzifə üzrə öhdəliklərinin
genişləndirilməsi üçün müvafiq
mexanizmlər təklif edir. Birləşmiş Ştatlar
da Fondla əməkdaşlıq edərək verdiyi
vədlərini yerinə yetirməyə çalışır.
Həmçinin, biz Birləmiş Millətlərin
QİÇS üzrə Birgə Proqramı (UNAIDS)
və Beynəlxalq Səhiyyə Təşkilatı
(WHO) kimi beynəlxalq qurumlarla və digər donorlarla
də sıx əməkdaşlıq edirik.
Əməkdaşlıq etdiyimiz hər bir ölkədə
biz "Üç dənə Bir"sistemini (Bir
Milli Plan, Bir Milli Əlaqələndirici Səlahiyyətli
Orqan və Bir Milli Monitorinq və Qiymətləndirmə
sistemini) tətbiq edirik. Belə bir əməkdaşlıq
səviyyəsinə nail olmaq heç də asan vəzifə
deyil. Lakin biz resurslarımızı bir-birimizin işini
təkrarlamaq deyil, əksinə QİÇS-ə
qarşı yönəltməliyik. Biz addım-ba-addım
daha səmərəli səylər həyata keçiririk.
UNAID/WHO tərəfindən 2004-ci ilin dekabrında
hazırlanmış QİÇS Epidemik Vəziyyət
hesabatına əsasən QİÇS-in ən kəskin
artımına görə şərqi Asiya, şərqi
Avropa və Orta Asiya nəzərə çarpır.
Şərqi Avropa və Orta Asiyada QİÇS-ə
yoluxmuş insanların 80 faizinin yaşı 30-dan
azdır, Qərbi Avropada isə həmin qrup yalnız
30 faiz təşkil edir. Həmin hesabatda göstərilir
ki, Azərbaycandakı dörd narkotik maddələrdən
istifadə edən şəxslərdən biri QİÇS-ə
yoluxub. Bakının küçələrindəki
bədən alveri ilə məşqul olan şəxslərin
11%, kafe və saunalarda işləyənlərin
isə 6% QİÇS daşıyıcısıdırlar.
UNAID-ın hesabatına görə “epidemiya ilkin
mərhələsində olduğu üçün,
onun qarşısını QİÇS-ə yoluxma
riskinə ən çox məruz qalanlara xüsusi
diqqət yetirən preventiv strategiya ilə almaq mümkündür.”
Lakin məlumatlandırma çox vacibdir. Azərbaycandakı
15-24 yaşında olan qadınlar arasındakı
keçirilən sorğu göstərir ki, onların
yalnız 10% QİÇS-dən qorunmanın üç
metodunu haqqında məlumatlıdırlar. Bu sorğuda
yalnız Tacikistan daha da aşağı nəticələr
göstərib. Azərbaycandakı QİÇS problemi
hələ ki ilkin mərhələdədir. Bu gün
Azərbaycan təlimlər və maarifləndirmə
vasitəsilə QİÇS barədə düzgün
anlayışın yaradılmasına və onun
yayılmasına nəzarət əldə etmək
imkanına malikdir.
Bu yönəmdə işləməklə, ABŞ-ın
Beynəlxalq İnkişaf Agentliyi (ABŞ BİA)
Reproduktiv Sağlamlıq/Ailə Planlaşdırması
layihəsinin bir hissəsi kimi, cinsi yolla keçirilən
xəstəliklərə (STD) aid təlim çərçivəsində
50000 insana QİÇS barədə maarifləndirmə
işini təşkil edib. ABŞ BİA-nin digər
proqramı olan İnkişaf Resurs Mərkəzi
QİÇS problemi də daxil olmaqla sağlamlıq
məsələləri üzrə səhiyyə
günləri təşkil edib. Hal-hazırda texniki
qrup Azərbaycan Səhiyyə Nəzirliyinin imkanlarını
qiymətləndirərək, Qlobal Fondun QİÇS
üzrə qrantının idərə olunmasını
təmin edir. Həmin qrant ayrıldığı
təqdirdə, QİÇS-ə qarşı mübarizə
və təlimlər üçün qarşıdakı
5 il ərzində 11 milyon ABŞ dolları həcmində
vəsait yönəldiləcək. Bu gün bütün
dünya xalqları öz resurslarını toplayaraq
QİÇS kimi kəskin şəkildə artan faciyəyənin
qarşısını almalıdırlar. Amerika
xalqı, QİÇS-ə qarşı mübarizə
aparan bütün tərəflərlə əməkdaşlıq
edərək, öz mühüm rolunu oynamaqdadır.
Hər dəqiqə dəyərlidir.
|