Press Release
83 Azadliq Prospekti
370007 Baku, Azerbaijan
Phone:+ (99412) 98 03 35
Fax:+ (99412) 98 93 12

Tsunami Qurbanlarına Yardım

14 yanvar 2005

Amerikalılar Tailanddan Afrika sahillərinədək bir çoxu uşaq olan on minlərlə tsunami qurbanlarının ölümü ilə bağlı dünyada hökm sürən hüzn hissinə şərik olduqlarını bildirirlər. Bütün Amerika boyu Amerika bayrağı bü faciəvi hadisənin qurbanlarının şərəfinə yarım aşağı endirilmişdir.

Mən tsunami ilə bağlı kömək edən, vəsait köçürən, nəqliyyat və logistika yardımı göstərən fərdləri və ölkələri tərifləmək istəyirəm.

ABŞ hökuməti tsunamidən əziyyət çəkənlər üçün yardım, təmir və rekonstruksiya işləri üçün ilkin olaraq, 350 milyon dollar ayırmağa boyun olmuşdur. Mən eləcə də Amerikanın silahlı qüvvələrinin üzvlərini yardım səylərini dəstəkləmək üçün bölgəyə göndərmişəm. Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələrinin təyyarələri sutkanın 24 saatı yardım paylamaqdadırlar. Amerika Birləşmiş Ştatları Hərbi Dəniz Qüvvələri İndoneziyaya Abram Linkoln səyyar qrupu yerləşdirmişdir ki, ən təcrid olunmuş yerlərdə ehtiyacı olanlara yardım edir. Əlavə Amerika hərbçi personalı bir azdan yardım məqsədləri üçün bölgəyə gələcəkdir. Qısası, ABŞ əsas müttəfiqləri və Birləşmiş Millətlər Təşkilatı ilə birgə yaxın keçmişimizdə ən böyük humanitar yardım əməliyyatına başlamışdır.

Dövlət Katibi Kolin Pauel və Florida Qubernatoru Ceb Buş keçən həftə Hindistan okeanı bölgəsinə səfər edərək, yerli liderlər və beynəlxalq təşkilatlarla görüşmüş, yardım səylərini və qalmaqda olan ehtiyacları dəyərləndirmişlər. Beynəlxəlq ictimaiyyət rekonstruksiya planı işləmək və Cənubi Asiya üçün maliyyə toplamaqdan ötrü Cenevrədə toplanır.

Amerika hökuməti yardım səylərini istiqamətləndirəcəkdir. Lakin Amerikanın ən böyük səxavət mənbəyi Amerika xalqının ürəyindədir. Tsunami baş verəndən bəri Amerikalı uşaq və böyüklər fəlakətin nəticələrini aradan qaldırmaq və rekonstruksiya işləri üçün milyonlarla dollar bəxşiş etmişlər. Onlar dünyanın bütün ölkələrindən gələn səxavət axınına qoşulmuşlar.

ABŞ bu dəhşətli faciənin qurbanlarının dərdinə şərik çıxduğu bir vaxtda mən keçmiş prezidentlər – Buş və Klintondan xahiş etmişəm ki, bu mühüm humanitar yardım səylərində Amerikalılarla işləsinlər. Keçmiş prezidentlər Amerikalılardan xahiş etmişlər ki, tsunami qurbanlarına yardım üçün vəsait toplamağa çağırmışlar. Bu təşkilatlar fəlakət zonasına mütəxəssislər göndərmişlər və onlar ehtiyacın ödənilməsi üçün nə lazım olduğunu gözəl bilirlər.

Amerikalılar bir çoxz təbii fəlakətlə, o cümlədən zəlzələ, dağıdıcı yanğın və qasırğalarla üzləşmişlər. Biz yaxşı bilirik ki, zərər çəkənlərə təskinlik vermək çox çətindir. Amerikalılar əllərindən gələni edəcəklər ki, Asiya camaatı bu dəhşətli fəlakətin nəticələrindən yaxa qurtara bilsin.

Biz, əzizlərini itirənlərin dərdinə şərik çıxır və bu fəlakətdən əziyyət çəkənlərə uzunmüddətli yardım öhdəçiliyi üzərimizə götürürük.

Corc Buş