|
Elmar Hüseynovun qətli ilə bağlı
ABŞ səfirliyinin bəyanatı
3 mart, 2005
ABŞ səfirliyi görkəmli jurnalist və
Monitor jurnalının baş redaktoru Elmar Hüseynovun
qətli ilə bağlı şok və kədər
hissi keçirir. Cənab Hüseynov mətbuat aləminin
aparıcı siması, mətbuat azadlığının
sadiq mübarizi və Azərbaycanda demokratiyanın
haqq səsi idi. O, çətinliklər qarşısında
belə öz inam və prinsiplərindən daşınmayan
bir şəxs idi. «Monitor» - Azərbaycanın istiqamət
və gələcəyinə dair ictimai dialoqa mühüm
töhfə verən jürnal idi. Elmar Hüseynovun
ölümü Azərbaycanda demokratiya və mətbuat
azadlığının davamlı inkişafı
üçün böyük itkidir. Onun şövqü,
sədaqəti və qüdrətinin yeri çox
görünəcəkdir.
ABŞ səfirliyi Azərbaycan hökuməti Elmar
Hüseynovun qətlini tam təhqiq etmək və
qatil və ya qatillərin ədalət qarşısında
dayanmaları üçün mümkün olan hər
şeyi etməyə çağırır.
Bu kədər anında biz Elmar Hüseynovun ailəsinə
dərin hüznümüzü bildiririk.
|