Press Release
83 Azadliq Prospekti
370007 Baku, Azerbaijan
Phone:+ (99412) 498 03 35
Fax:+ (99412) 498 93 12

ABŞ SƏFİRLİYİ QOBUSTAN RAYONUNDA REQİONAL KİTABXANANIN İNFORMASİYA MƏRKƏZİNİN (RKİM) AÇILIŞINI ELAN EDİR

7 fevral, 2005

Fevralın 8-də səhər saat 9:30-da ABŞ-ın Azərbaycandakı səfirliyi Qobustan rayonunun Mərəzə qəsəbəsinin mərkəzi kitabxanasında Regional Kitabxananın İnformasiya Mərkəzinin açılışını rəsmi olaraq elan edəcək. Açılış mərasimində ABŞ Dövlət Departamenti, ABŞ səfirliyi, IREX, Qobustan rayon mədəniyyət şöbəsi, kitabxana və ictimaiyyət nümayəndələri iştirak edəcəklər. Mərkəzdə internet şəbəkəsinə qoşulmuş dörd kompyuter, printer, skanner və generator quraşdırılıb - IREX-in informasiya texnologiyaları sahəsində biliyi olan və təlim keçmiş mütəxəsis, bu avadanlıqları tam formada istifadə etmək üçün yerli icma ilə işləyəcəkdir. Bu, regionda dünya internet şəbəkəsilə əlaqəsi olan birinci mərkəz olacaq.

RKİM proqramının bir hissəsi olaraq, mərkəz kitabxananı və yerli icmanı intenet şəbəkəsinə ödənişsiz çıxış, əsas informasiya texnoloqiyaları təcrübəsinə malik olmaq üçün təlim proqramı, müxtəlif mövzularda seminarlar təşkil edəcək və Azərbaycanın 20-dən artıq internet mərkəzlərinə girişi təmin edəcək. RKİM ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirilən və IREX tərəfindən həyata keçirilən proqramdır. RKİM informasiya texnologiyasından istifadə edərək, regional kitabxanaların fəaliyyətini dirçəltmək üçün dəstək verir. 2004-cü ilin sentyabr ayında başlanan proqram 14 Azərbaycan kitabxanasına xidmət göstərəcək.

Mətbuat işçilərinin nəzərinə: Pressa tədbirə dəvət olunur. Əlavə məlumat üçün xahiş olunur ki, ABŞ səfirliyinin mətbuat xidmətinə zənc edəsiniz tel.: 498 03 35/36/37