|
Sülh Korpusu haqqında Ümumi məlumat və
onun Missiyası
Sülh Korpusu Prezident Con Kennedi tərəfindən
1961-ci ildə Amerika gənclərinin cağırışına
cavab olaraq yaradılmışdır. Onlar köməklik
üçün müraciət edən ölkələrin
sosial, iqtisadi və insan ehtiyatlarının inkişafı
üçün ixtisaslaşmış Amerikalı
könüllülərinin təmin olunmasını
təklif edirdilər. 43 il ərzində 170 000 Amerikalı
134 ölkədə xidmət göstərmişdir.
Bugün, Sülh Korpusunun 7 000 Könüllüsü,
Azərbaycan daxil olmaqla, 77 ölkədə xidmət
göstərir.
Sülh Korpusunun missiyası fərdlər və
təşkilatlarla bilik və təcrübənin
səmərəli mübadiləsinə köməklik
göstərməkdən ibarətdir. Könüllülər
mal, avadanlıq və ya pul təmin etmirlər. Sülh
Korpusu üç fundamental məqsədi yerinə
yetirərək dünyada sülh və dostluğa
yardım göstərməyə çalışır.
- Azərbaycanın sosial və iqtisadi inkişafına
köməklik göstərmək üçün
təlim keçmiş kişi və qadınları
göndərmək;
- Azərbaycanlıların Amerika xalqını
daha yaxşı tanımasına kömək etmək;
- Amerikalıların Azərbaycan xalqını
daha yaxşı tanımasına kömək etmək.
Proqram və Gələcək Planlar
Üç aylıq təlim keçdikdən sonra
Sülh Korpusunun Könüllüləri iki il
müddətində xidmət göstərməyə
razılıqlarını bildirirlər. Xidmətdən
əvvəl Təlim zamanı və iki-illik xidmətlərinin
ilk altı ayı ərzində Könüllülər
xidmət göstərdikləri icmalarda azərbaycanlı
ailələrdə yaşayırlar.
Onların xidmətinin təbiəti ölkənin
izhar edilmiş ehtiyaclarından və agentlyin həmin
ehtiyaclara cavab vermək bacarığından asılıdır.
Hal-hazırda Azərbaycanda Sülh Korpusunun 25 Könüllüsü
ölkənin orta məktəbləri və Pedaqoji
institutlarında şagird və tələbələrə
İngilis dilini tədris edirlər. 2004-cü il
iyul ayının axırında Könüllü
müdavimlərin nöbəti 31 nəfərlik
qrupunun gəlişi gözlənilir. Onlar da İngilis
dili müəllimləri olacaqlar. Könüllülərin
üçüncü qrupunun gəlişi cədvəldə
2005-ci ilin mart ayında nəzərdə tutulur.
Üçüncü qrupa həmçinin kiçik
biznes və mikro-müəssisələrin inkişafı
üzrə mütəxəssislər də daxil
olacaq.
Sülh Korpusunuin fəaliyyəti
barədə ətraflı məlumat üçün
www.peacecorps.gov internet
ünvanını nəzərdən keçirə
bilərsiz.
|